Prezident Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka oldu - FOTO
10:05 02.03.2020
Aktual
473
Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanasının yanında Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka gəlib.
Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoyub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov burada görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, tarixi şəxsiyyət Şah İsmayıl Xətainin heykəli iki magistral yolun ortasında yerləşirib. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirib, eyni zamanda, yolda tıxacın yaranmasına səbəb olub.
Bununla bağlı əhali tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb. Parkda əhalinin istirahəti üçün lazımı şərait yaradılıb, o cümlədən oturacaqlar qoyulub və ətraf abadlaşdırılıb. Bu addım şəhər sakinləri və paytaxtımızın qonaqlarına heykəli rahat ziyarət etməyə şərait yaradır.
Heykəlin postamenti də yenilənib. Heykəlin köçürülməsi prosesi abidəyə heç bir xələl gətirilmədən həyata keçirilib.
Paytaxt Bakının abadlaşdırılması, yeni istirahət məkanlarının salınması, tarixi irsimizin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şah İsmayıl Xətainin heykəlinin uyğun yerə köçürülməsi və burada parkın yaradılması bu istiqamətdə atılan növbəti addımdır. Bu layihə sakinlərin istirahətinin təmin olunması üçün böyük rol oynayır.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dövlətimizin başçısına bu ərazidə yol-nəqliyyat infrastrukturu barədə məruzə edib.
Prezident İlham Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tapşırıq və göstərişlərini verib.
Qeyd edək ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi paytaxtımızda yol-nəqliyyat infrastrukturuna mühüm töhfə olacaq. Belə ki, bu, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılmasına şərait yaradır. Bu isə öz növbəsində, bu ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual