Prezident Türkmənistanda! – Türk dünyasının vahid platforması inşa edilir? - ŞƏRH
Yusif Nəzərli
09:35 29.06.2022
Aktual
549
Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevi iyunun 29-da Türkmənistana rəsmi səfər edib. Səfərin məqsədi Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etməkdir. AZƏRTAC xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində İlham ƏliyevinTürkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşü olub.
Səfərlərin əhəmiyyətindən danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az" bildirib ki, bu addımlar türk dünyasının vahid platformasını inşa etmək niyyəti daşıyır:
"Dəyişən dünyada türk ölkələrinin mütləq bir birlik yaratmaq inəmkanı var. Bu birliyin yaranma addımı ilk olaraq Azərbaycan Türkiyə münasibətləri ilə atıldı. Daha sonra prezidentin Özbəkistan səfəri, Qırğızıstan ilə əməkdaşlıq müqaviləsinin imzalanması, Qazaxıstan prezidentinin Azərbaycana gözlənilən səfəri,Türkmənistan səfəri önəmli siqnallar ötürür. Bütün bunların hamısı onu göstərir ki, mərkəz inşa etmək prosesi gedir. Bu birlik öncə iqtisadi baxımdan mümkün olacaq. Ona görə ki, əvvəlcə kommunikasiyaların qurulması prosesi gedir. Bu kommunikasiyalara Qarabağ müharibəsinin nəticəsi olan Zəngəzur dəhlizi üzərindən çıxış, Xəzəryanı ölkələrin xüsusən də Türkmənistan və Qazaxıstan vasitəsilə ümumi bir istiqamətin inşası daxildir. Köhnə dünya iki vacib mərkəz arasındadır. Bunlardan biri okeanın digər tərəfindəki ABŞ- dır. Lakin okeandan bu tərəfdə Böyük Britanya və Çin arasında kommunikasiyanın qurulması prosesi gedir. Bunun üzərində əlaqələndirici iki böyük ölkə var: Azərbaycan və Türkiyə. Bu proseslərdə vahid türk dünyası mərkəz arasında körpü rolu oynayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm