
Prezident Zəngəzur dəhlizinin açılacağını qəti şəkildə bildirdi! – “Əminliyin arxasında nələrsə dayanır"
Yusif Nəzərli
14:51 17.06.2022
Aktual
585
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid keçirdiyi brifinqdə Azərbaycan Ermənistan məsələsinə toxunub.
O bildirib ki, ABŞ Azərbaycanda demokratiyanın etibarlı dayağıdır və regionda sülhün inkişafı üçün yaxşı imkanlar görür. "Azərbaycan və Ermənistan arasında sülhə nail olmağın müxtəlif yolları var. Zəngəzur dəhlizi belə imkanlardan biridir”, - Donfrid bildirib.
Onun sözlərinə görə, ABŞ tərəflər arasında sülhə nail olmağa kömək etməyə hazırdır və indi bunun üçün fürsət pəncərəsi açılıb: “Fürsətin nə qədər davam edəcəyi bilinmir”.

Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, Azərbaycan - ABŞ münasibətləri yeni müstəviyə keçib:
"ABŞ Prezidenti Co Bayden də Azərbaycanın mövqeyini dəstələdiyini gündəmə gətirmişdi. Ona görə də, Zəngəzur dəhlizi ilə bağlı Karen Donfridin açıqlaması gözləniləndir. Son günlər Paşinyanın 180 dərəcə əks mövqeyə keçməsi, Azərbaycan həqiqətlərini dəstəkləməsi də buna xidmət edir. O Sorosun bir layihəsidir. N.Paşinyan hakimiyyəti itirmək təhlükəsi ilə üz-üzədir. Onun hakimiyyətini yıxmaq istəyənlərin Rusiyadakı qüvvələr olduğunu bilir.
ABŞ-ın Yaxın Orta Şərqdə, Qafqazdakı siyasətində Türkiyənin önəmli rolu var. ABŞ Türkiyə münasibətləri də yaxşı səviyyədədir. ABŞ İran əlaqələri gərgindir. Bu ayın axırı C. Baydenin Fələstinə, İsrailə səfəri planlaşdırılır. Təxirə salınır, növbəti ayda keçiriləcək, təsadüfi deyil. Çünki ABŞ -ın Yaxın Orta Şərqdəki siyasətinə maneçilik törədən dövlət İrandır. Suriyada qarşı-qarşıya gəlirlər, Fələstində maraqları toqquşur. İran həm də Rusiyanın siyasi maşasıdır".
Politoloqun qənaətincə,Zəngəzur dəhlizinin açılması həmçinin İran üçün siyasi zərbədir:
"Azərbaycanın İranla kommunikasiya dəhlizinin açılması haqda memorandumu var. Lakin ABŞ-ın iqtisadi maraqlarına uyğum gəlməyən sənəddir. Əgər Zəngəzur dəhlizi açılsa, memorandum siyasi əhəmiyyətini itirəcək. ABŞ-dakı müəyyən qüvvələr dəhlizin açılmasının zəruriliyini başa düşür, təyziqləri artırırlar. Bakıda keçirilən Forumda Prezident İlham Əliyevin tonu da fərqli idi. O, Zəngəzur dəhlizinin açılacağını qəti şəkildə bildirdi. İl yarımdır , Prezidentimiz mövqeyini ortaya qoyur. Sözügedən əminliyin arxasında nələrsə dayanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya