“Prezidentin bəyanatı Ermənistana ciddi xəbərdalıqdır”
Yusif Nəzərli
13:42 28.06.2022
Aktual
541
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Ölkə başçısı Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib. Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək:
“Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.
“Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”, - Prezident İlham Əliyev qeyd edib.
Vəziyyəti “Sherg.az”a şərh edən sabiq XİN başçısı Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın yerinə yetirməli olduğu öhdəliklər var:
“10 noyabr bəyanatı Ermənistan üçün bir növ kapitulyasiya aktı idi. Orada məğlub olan tərəf – Ermənistan həm bizim qarşımızda, həm də vasitəçi Rusiyanın qarşısında xeyli öhdəliklər götürüb. İl yarımdan çox müddətin keçməsinə rəğmən, bəzi maddələr həyata keçirilmir”.
T.Zülfüqarovun sözlərinə görə, Ermənistan öz üzərinə düşənləri etməkdən boyun qaçırır:
“Təbii ki, bu qəbul edilməzdir. Bu baxımdan Azərbaycan vəziyyəti nəzərə alaraq tələb edir ki, sözügedən öhdəliklər həyata keçirilsin. Bu real və adekvat bir siyasətdir. Çünki ermənilər bir çox hallarda, xüsusilə də Qarabağ məsələsində köhnə siyasəti həyata keçirmək niyyətindədirlər. Verilən bəyanat Azərbaycanın Ermənistana ciddi xəbərdalığıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm