Prezidentin köməkçisi QHT rəhbərləri ilə görüşdü: “Problemlər müzakirə edildi”
Banuçiçək Kalbalıyeva
10:59 28.08.2020
Aktual
817
“Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə “yol xəritəsi” hazırlanmalı və müvafiq addımlar atılmalıdır”
“Hər birimiz razı qaldıq və öz təkliflərimizi verdik. Bu, ürəyimizdən olan görüş idi”
Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, görüşü giriş sözü ilə açan Şura sədri Azay Quliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərə dövlət dəstəyi xüsusi prioritet təşkil edir. Şura fəaliyyəti dövründə bu kateqoriyadan olan təşkilatların layihələrinə davamlı olaraq maliyyə ayırmış və onların bu sahədə olan təşəbbüslərini daima dəstəkləyib.
"Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin bu istiqamətdə çalışan QHT-lərlə ayrıca görüşü dövlətin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyini bir daha sübut edir".
Prezidentin köməkçisi Hikmət Hacıyev ilk olaraq ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canını fəda edən bütün şəhidlərimizi yad edib. Onlara Allahdan rəhmət diləyib. Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu və bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib.
Prezident İlham Əliyevin doğum günlərini şəhid ailələri ilə keçirdiyini deyən H. Hacıyev bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib:
"Cənab İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildikdən sonra ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bu şəhidlərə verilən yüksək qiymət idi.
Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. 8018 şəhid ailəsi və müharibədə əlil olmuş şəxs mənzillərlə təmin edilib, onlara 6900 avtomobil verilib. Dövlət cari ildə 1500 şəhid ailəsi və müharibədə əlil olmuş şəxsi mənzillərlə təmin edib və ediləcəkdir. Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə isə onu vurğulamaq istəyirəm ki, bu il ümumilikdə 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək”. Məlumat üçün bildirək ki, H.Hacıyevin QHT-lərlə görüşü davam edəcək.
“Bu, çox əhəmiyyətli görüş idi”
Görüşün əhəmiyyəti barədə “Sherg.az”a danışan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni belə bir addıma çoxdan ehtiyac duyulduğunu deyib:
“Əlbəttə, bu, çox əhəmiyyətli görüş idi. Vətəndaş cəmiyyəti xeyli vaxtdır, belə bir toplantını gözləyirdi. Çünki yığılmış problemlərimiz var. Biz həm vətəndaş cəmiyyəti, həm də milli QHT forumu olaraq bu problemlərin həllini arzulayırıq. Vətəndəş cəmiyyətinin gələcək inkişafı, QHT-lərin beynəlxalq münasibətləri, milli-mənəvi dəyərlərin cəmiyyətdə qorunub saxlanılması, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində QHT-lərin fəaliyyətinin genişlənməsi, həmçinin vətəndaş cəmiyyətinin maddi-texniki bazasının gücləndirilməsi baxımından bu cür görüşlər mühüm əhəmiyyətə malikdir. Dövlət başçının vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədər iradəsi göz qabağındadır.
Sözügedən görüşlər vətəndaş cəmiyyəti ilə QHT-lər arasındakı münasibətdə yeni mərhələnin əsasını qoyacaq. Düzdür, bizim müəyyən çətinliklərimiz var. Xüsusilə, 2014-cü ildə Qanuna edilən əlavə və dəyişikliklərdən sonra həmin problemlər çoxaldı. Odur ki, vətəndaş cəmiyyətinin inkişafı məqsədilə “yol xəritəsi” hazırlanmalı və müvafiq addımlar atılmalıdır”.
“Nəticəsinin olacağına inanıram”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da görüşü yüksək qiymətləndirib:
“Həmin konfransda QHT-lərin indiki durumu, həmçinin qarşıdakı perspektivlər və həllini gözləyən problemlər müzakirə edildi. Çox yaxşı keçdi. Hər birimiz razı qaldıq və öz təkliflərimizi verdik. Bu, ürəyimizdən olan görüş idi. Nəticəsinin olacağına inanıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya