
Prezidentin Səmərqənd görüşləri! – “Təhlükəsizliyimizin formalaşdırılması üçündür”
Prezidentin Səmərqənd görüşləri! – “Təhlükəsizliyimizin formalaşdırılması üçündür”
Yusif Nəzərli
11:53 16.09.2022
Aktual
909
Sentyabrın 15-də Səmərqənd şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüşdə R.T.Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezidentimizə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verib. O, Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları qeyd edilib. Bu gün isə dövlət başçımız Səmərqənddə Rusiya Prezidenti Vladimir Putin və R.T.Ərdoğan ilə görüşəcək.

Görüşü şərh edən analitik Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Azərbaycan sərhəddəki sonuncu toqquşmalardan sonra bir sıra ərazi nailiyyətlərinə və strateji uğurlara yiyələnib:
“Bununla da region üzərində Rusiya-Qərb rəqabətindən doğan "qara bulud" topası yaranıb. İndi Rusiya və ABŞ rəqabəti Cənubi Qafqazda yeni fazaya daxil olub. Əslində hazırda hər bir tərəf istər Qərb, istər Rusiya, istərsə də Türkiyə və digərləri Azərbayacan-Ermənistan münasibətlərinin sülh müqaviləsi ilə yekunlaşmasının tərəfdarıdırlar.
Sadəcə böyük güclər maksimum dərəcədə sülh mətnində öz maraqlarını təmin etmək uğrunda yarışa çıxıblar. Bu da Cənubi Qafqaz məkanını daha təhlükəli məsələlərə hamilə edir.
Hesab edirəm ki, Azərbayacn Prezidentinin Səmərqənddə Türkiyə və Rusiya dövlət başçıları ilə apardığı danışıqlar bizim müəyyən təhlükəsizliyimizin formalaşdırılması üçündür. Bundan sonra Azərbaycan Qərblə də təmaslarını genişləndirəcək.
Qərbdən Azərbaycana hər nə qədər təhlükə plazması axsa da, bu ümumilikdə Azərbaycanın onunla münasibətlərindəki baza prinsiplərinə sarsıdıcı zərbə vurmur. Çünki Azərbaycan Qərblə də münasibətlərin inkişafında maraqlıdır. Bu maraqlarını da enerji layihələri ilə daha da möhkəmləndirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol