Professordan ilginc ŞƏRH: “...Hər şey əksinədir, sülh prosesi sürətlənəcək”
Yusif Nəzərli
14:23 16.09.2022
Aktual
524
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə çıxış edib. O bildirib ki, Ermənistan və Azərbaycan sərhədində hazırda gərginliyin artmasına baxmayaraq, sülh müqaviləsinə hazırlıq üzrə işlər dayanmayıb və bu əsas prioritetdir.
Rusiyalı XİN rəsmisi qeyd edib ki, bəyanatın müddəalarının həyata keçirilməsi münaqişənin həlli üçün əsas olaraq qalır. Rəsmi Moskva Bakı və İrəvanın atəşkəslə bağlı razılaşmaya əməl edəcəyini gözləyir.
Zaxarovanın açıqlamasıbıb diplomatik prosedura uyğun olduğunu deyən Ankara Unversitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl “Sherg.az”a söyləyib ki, Rusiya hələ də nəzarətinonun əlində olduğunu göstərməyə çalışır:
“Bu konflikt artıq iki ölkə arasındakı məsələdən daha çox beynalxalq arenaya daşınmış bir prosesdir. Bu beynəlxalq güclər Yaxın Şərqdə, Qara Dəniz və Cənubi Qafqazda yeni bir rəqabət mərhələsinə keçib. Azərbaycan, Ermənistan münasibətlərində də Qərblə, xüsusi ilə Avropa Birliyi və Rusiya arasında mübarizə gedir. Rəsmi Moskva bölgədə qalmağı, Amerika isə onu buradan uzaqlaşdırmağı planlayır. Ermənistan isə bu şərtləri göz önünə alaraq diplomatik manevrlər etməyə çalışır. Belə məsələlər uzun müddətdə də davam edə bilər, qısa şəkildə də. Lakin ölkəmizin bugünkü üstünlüyü və Türkiyə ilə “Şuşa Bəyannaməsi”nin imzalanması bizim əlimizi çox gücləndirib. Son təxribatlar zamanı göstərdiyimiz əks-həmlə strateji nöqtələri ələ keçirmək, ilk baxışda sülh prosesinin “baltalanmasına” dair ehtimal yaradır.
Amma hər şey əksinədir və sülh prosesi sürətlənəcək. Azərbaycan hərbi gücü və diplomatiyada yürütdüyü siyasətlə rəsmi İrəvanı üstələyib. Ermənistan isə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) başarısız oldu, həm də Birləşmiş Millətlər Təşkilatından ciddi bir nəticə çıxmadı.
Bu səbəbdən də onlar çıxılmaz vəziyyətdə qalıb. Xüsusən də Səmərqənd sammitinə qatılmaması Ermənistanın bütün fürsətləri əldən qaçırmasına səbəb oldu. Türkiyə ilə rəsmi Baki isə orada əl-ələ verərək dik duruş sərgilədilər.
Dediyim kimi Zaxarovanın açıqlaması növbəti diplomatik addımdır. Digər tərəfdən isə onlar “Biz vasitəçi olduğumuz zaman iş sülhə doğru getdi, amma Qərb məsələyə “əl qoyduqdan” sonra münaqişə yarandı” demək istəyir. Bütün bunlar Rusiyanın vacib aktor olduğunu ortaya qoymaq üçün verdiyi mesajlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya