Qarabağ qazisinin silinən Vikipediya məqaləsi: Təşkilatın eksperti bunun yanlış qərar olduğunu etiraf edib
Turan
07:52 20.02.2020
Aktual
1960
Ehtiyatda olan gizir, Qarabağ qazisi Natiq Mehdiyevin Vikipediyada olan məqaləsi silinib. Qazi bu barədə feysbuk hesabında yazıb: “Təəssüf ki, Vikipediyadakı məqaləmi siliblər. Elnur Eltürk və komandası mənim haqqımda məqalə yaratmışdılar. Görünür, hansısa qüvvələr bizim məqaləmizin olmasını istəmirlər.
Bu günlərdə özümlə bağlı internetə məlumatlara baxanda məqaləmin silindiyini gördüm”. Məsələyə aydınlıq gətirən AMEA Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk sözügedən məqalənin könüllülər tərəfindən yüksək səviyyədə hazırladığını bildirərək, onun silinməsindən təəssüf hissi keçirdiyini söyləyib: “Məqalənin məzmunu və istinadları yerində idi. Amma nədənsə, səsvermə yolu ilə silinib. Təəssüf ki, müzakirədən də xəbərimiz olmayıb. Natiq Mehdiyev qəhrəman oğlumuzdur və onun Vətən qarşısında xidmətləri misilsizdir. Dövlətimiz tərəfindən də təltif olunub. Həm də ölkənin ictimai, sosial və mədəni həyatında tanınmış isimlərdəndir. Amma elə şəxslər var ki, onların məqaləsi Vikipediyanın prinsiplərinə, qaydalarına ziddir. Həmin məqalələr müzakirə yolu ilə, ya da birbaşa idarəçi tərəfindən silinir”.
Qarabağ qazisinin vikipedik məlumatlarının qəfil silinməsi xəbəri ictimaiyyətdə də birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri qazilərlə bağlı məqamlara həssaslıqla yanaşılmasını tələb ediblər.
Məsələni “Şərq”ə dəyərləndirən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin eksperti Rövşən Məmmədli bildirib ki, Milli Məclisə keçirilən seçkilərdən sonra yeni seçilmiş deputatların əksəri barədə vikipediyada səhifələr yaradılıb:
“Prezidentin son təyinatlarından sonra da Yevlax, Xaçmaz, Yasamal icra hakimiyyəti başçılarının səhifələri yaradılıb. Həmçinin, Dövlət Arxitektura Komitəsinin yeni sədri barədə yeni səhifə yaradılıb. O ki qaldı Qarabağ qazisi ilə bağlı məsələyə, burada obyektivlik qorunmayıb. Şəxs, bəlkə də, ensiklopedik sayıla bilməz, amma ölkə müharibə şəraitindədir və belə durumlar nəzərə alınmalıdır. Yəni qazi məsələsi ensiklopedik şəxsdən daha çox siyasi məsələdir. Həm də Azərbaycanı ABŞ və Rusiya ilə müqayisə etmək doğru olmaz. Onlar iri ölkələrdir və orada tələblər başqadır. Azərbaycanın isə öz reallıqları var. Bu reallıqlarda isə qazi qəhrəmandır və hər kəsi maraqlandıran şəxsdir. Bu mənada Qarabağ qazisi haqda olan səhifənin silinməsi səhv idi. Ona görə də mətbuatın və ictimaiyətin haqlı narazılığına səbəb oldu. Ancaq hər kəsin təzyiqindən sonra ədalət öz yerini tapdı, səhifə bərpa edildi. Bu işdə Elnur Eltürkün rolunu xüsusi qeyd etmək istərdim. Onun qazinin səhifəsinin yenidən bərpa olunmasında zəhməti böyükdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol