Qarabağdakı Rusiya vətəndaşları çıxarılır: Kreml riskləri nəzərə alır

"Qarabağa yerləşdirilən Rusiya vətəndaşlarının çıxarılması prosesi gedir". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, mülki rusların Qarabağa yerləşdirilməsi Moskvanın bölgəyə dair planlarından qaynaqlanırdı: 

"Bununla “rus icması”nı formalaşdırır və sülhməramlılarının bölgədə qalma müddətini bu ssenari üzərindən uzadılmasını planlaşdırırdılar. Çünki erməni əhalisinin Bakı ilə təmaslarının artması perspektivi rusların bölgədə qalmasını da sual altına salır. Moskva separatçılar üzərindən inteqrasiya prosesinə mane olmaqla yanaşı, “rus icması”na alternativ variantdan biri kimi də baxırdı. İndi rusların geri qaytarılması proseslərin mümkün inkişafına da diqqət çəkir. Mümkündür ki, Bakı Qarabağda separatizmin ləğvi məqsədilə praktiki addımlar ata bilər, hadisələrin inkişafı da bu yöndədir. Moskva prosesin bu istiqamətdə inkişafının önünü kəsə bilməyəcəyini anladığı üçün vətəndaşlarını riskli hesab etdiyi bölgədən təxliyə edir".