Qazaxda qanvermə aksiyası keçirilib
13:41 26.06.2020
Aktual
642
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Qazax sakinləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankının Gəncə Bölməsinin əməkdaşları tərəfindən Qazax Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilib.
Bölmənin əməkdaşları tərəfindən könüllü qan vermək üçün müraciət edən vətəndaşlar müayinə olunub, hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Aksiyada qan vermək üçün 130 nəfər iştirak edib və onların 61 nəfərindən qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə