Qazi və şəhid övladlarına verilən dəyərin BÖYÜK NÜMUNƏSİ...- Örnək addım!
Yusif Nəzərli
13:14 16.06.2022
Aktual
685
15 iyun tarixində Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova Vətən müharibəsi qazisi Denis Quzlayevlə ailə həyatı qurub. Toy Yeni Azərbaycan partiyasının (YAP) Nizami rayonu təşkilatı tərəfindən təşkil edilib. Şad günlərində Cütlüyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil hədiyyə edilib.
Qazilərin narazılıqlarının çoxaldığı bir dövrdə dövlətimiz tərəfindən belə gözəl addımın atılması,xalq arasında böyük sevinc və fərəh hissinə səbəb olub.Qeyd edək ki, Denis Quzlayev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb. O, bir neçə mürəkkəb əməliyyat keçirib. Denis "Füzulinin azad edilməsinə görə" medalı ilə təltif edilib.Reginaın atası Yuri Kovalyov isə 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə şücaətlə vuruşub. 1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.
Bu örnək addımla bağlı "Sherg.az"a danışan “Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qey edib ki, belə bir tədbiri ərsəyə gətirmək və iki gəncin gələcəkdəki rahatlığını təmin etmək üçün görülən işlər atılan addım təqdirəlayiqdir:
"İqtidarda olan partiyanın və dövlət qurumunun belə gözəl bir addım atması onun qazilərə, şəhid övladlarına verdiyi dəyərin böyük nümunəsidir. Gələcək də bunun kimi daha çox gözəl addımlar atılacağını arzu edir hər iki quruma da minnətdarlığımı bildirirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya