
Qərbin planlarını iflasa uğratmalıyıq-Parlamentari
Yusif Sultanoğlu
04:23 23.11.2023
Aktual
475
Bayden Senatın qərarını imzalasa, Qafqazda qanlı müharibələrin müəllifinə çevriləcək
"ABŞ Senatının Azərbaycan əleyhinə qərarı Zəfər qazanan xalqımızın qəhrəmanlığının əzilən bütün millətlərə nümunə olacağı qorxusundan irəli gəlir". Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. Parlamentari vurğulayıb ki, indi 1992-ci ildəki məğlub yox, qalib xalqa qarşı cəza istəyirlər: "Bayden administrasiyası sentyabrın 20-dən sonra Azərbaycanla münasibətlərin pisləşdiyini deyir və guya, bizi sülhə gətirirlər. Azərbaycanın Ermənistana hücum edəcəyini dövlət katibi A.Blinkenin adından yayıb, sonra təkzib edənlərin niyyəti barış deyil. “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmə keçirənlər, separatizmin ideoloqları və ünvanıdırlar. Vaxtilə, Vudro Vilsonun qərarı və Arbitraj məhkəməsinin aktları nəydisə, indi Senatın siyasi addımları da odur. Gerçəkdənmi Ağ Ev Azərbaycana Xankəndini azad edəndən sonra fikrini dəyişib. Əsla yox. 44 günlük müharibənin qəfil başlanmasından xəbər tutmayan Mərkəzi Kəşfiyyat İdarəsi bir dövlətin qələbəsini və Cənubi Qafqazdakı geosiyasi inqilabın Qərbi, Avroatlantik dövlətləri regiondan çıxarmasını qəbul edə bilmir. ABŞ istəyir ki, müqavilə onların şərtləri ilə Vaşinqtonda imzalansın, ona görə mediası, USAİD kimi onlarla inqilab yayan maliyyə və qeyri-dövlət institutları, Konqresi ilə Dağlıq Qarabağın gələcəyini Azərbaycandan kənarda axtarır".
Deputat bildirib ki, ABŞ-nin hərbi yardımları dayandırması Prezident İlham Əliyevi müstəqil siyasətdən daşındırmaq, ölkəni antirus koalisiyasına qoşmaq və sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır: "Beləliklə, Ermənistanın təhlükəsizliyinə ən böyük zərbəni Türkiyə və Azərbaycan deyil, Amerika vurur. Çünki onu öz imperiya oyunlarına alət edir, İrəvanı ayaq altına çevirir. Amerika silahlarının Ermənistana veriləcəyi, NATO qüvvələrinin süngüsü altında erməniləri Xankəndiyə qaytarmağa çalışacağı şübhə doğurmur. İrəvanda hərbi təlimlər, göndərilən instruktorların planı budur. Onlar guya Azərbaycanı Zəngəzura hücuma təhrik etdiklərini düşünürlər, lakin dərk etmirlər ki, İlham Əliyev Brüsseldən və Vaşinqtondan idarə olunan, indi ərazi bütövlüyünü itirən rəhbərlərdən deyil. Qərb dünyası Rusiya ordusunun kiçik bir hissəsinin sülhpərvər olmasını istəmir, onlara işğalçı rus ordusu obrazı gərəkdir ki, guya, onları qorumaq adı ilə qoşununu yeritsin. 800 milyard dollarlıq İraq əməlyyatında 654 min, 2 trilyon dollara başa gələn Əfqanıstan müharibəsində 200 minə qədər insan tələfatından sonra Amerika ordusunu gətirib sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?".
Zahid Oruc "Sherg az"a vurğulayıb ki, son 30 ildə Vaşinqton indi DTX təcridxanasında yatan Qarabağ rejiminə 200 milyon dollar ayırmaqla sepatarizmi maliyyələşdirib:

"Əvəzində Birləşmiş Ştatlar torpaqlarımızın işğaldan təmizlənməsinə bir qəpik də xərcləməyib, çünki silahı başqa dövlətlərdən almışıq. Beynəlxalq Ədalət Məhkəməsinin, Roma statunu Ermənistanın ratifikasiyasının, BMT İnsan Haqları Şurasında ardıcıl müzakirələrin, Okampo adlı bədnam sabiq prokurorun, Avropa İttifaqında keçirilən silsilə müzakiirələrin hamısı bir ünvandan - Vaşinqtondan idarə olunur. Biz ermənilərə müraciət edirik, qoy onlar görsünlər ki, son yüz ildə Amerika və Fransanın Qafqaza sahib olmaq istəməsinin nəticəsində Ermənistanda yaşayan əhali qədər Amerikaya, onun üçdə biri qədər Fransaya erməni əhali köçüb və onlar “mühacir millət”ə çevriliblər. Azərbaycan xarici yardımlardan asılı ölkə deyil və Bayden Senatın qərarını imzalasa, o, qorbaçovlaşacaq və Qafqazda qanlı müharibələrin müəllifinə çevriləcək. Ona görə də biz hansı addımları atmalıyıq? Bütün millətimizlə və daha çox dövlətlərin müttəfiqliyi ilə qələbəmizi qorumaq, Amerikanın çoxqütblü siyasi qüvvələri ilə intensiv çalışmaq və nəhayət, Türkiyə ilə Ermənistan sərhədlərini açaraq Qərbin planlarını iflasa uğratmalıyıq. Əgər 34 ildə bütün şantajlara, təzyiqlərə sinə gərib zəfər qazanmışıqsa, indi qlobal hücumları dəf edə biləcəyik!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə