Rayonlara gedənlərə xəbərdarlıq edildi - Buraxılmayacaqlar
15:23 19.06.2020
Aktual
630
"Hazırda Bakı, Sumqayıt və Abşerondan rayon istiqamətinə gedən şəxslərin sayı artıb. Həmin şəxslərin diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt Abşeron, Lənkəran və Gəncə şəhərlərinin giriş-çıxışına tətbiq edilən məhdudiyyət hələ də qüvvəsindədir"
Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
O bildirib ki, sürücülər ayın 21-dən etibarən karantin rejiminin sərtləşməsini nəzərə alaraq rayon istiqamətinə getməsinlər: "Onsuz da bu adamlar karantin postundan buraxılmayacaqlar. Rayon istiqamətinə gedən yalnız xüsusi ezamiyə sənədi olan şəxslər, DİN-nin 102-i xidmətindən yaxın qohumunun dəfn mərasimində iştirakı üçün icazə alan, müvafiq arayış əsasında dövrü müalicəyə göndərişi olan şəxslər postlardan buraxılacaq. İcazəsi olan şəxslərin yalnız özləri postlardan keçə bilər. Daha ailə üzvləri və qohumları buraxılmayacaq. Ümumumiyətlə icazəsi olmayan heç bir şəxs inzibati ərazilərdən nə o yana, nə də bu yana buraxılmayacaq. Bu səbəbdən həmin şəxslər yol gedib postlarda sıxlıq yaratmasınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm