Rusiya gedişi pozmağa çalışır - Planları var!
Yusif Nəzərli
11:02 21.07.2022
Aktual
728
"Xüsusilə də rus sülhməramlıları ilə bağlı Azərbaycan öz mövqeyini, etirazını dilə gətirdi”
“Ötən gün də sülhməramlıların yerləşdiyi bölgəyə ermənilərin silah keçirməsinin qarşısı alınıb”
“Bundan başqa, Şuşakənd kəndi istiqamətində mövqelər atəşə tutulub”
İyulun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi diqqətə çatdırılıb.
Həmçinin tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb. Xüsusilə də Rusiya, Azərbaycan və İran ərazisindən keçən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. XİN başçıları eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, Azərbaycan tərəfi ilə Rusiya arasında müəyyən narazılıqların olduğu məlumdur:
"Xüsusilə də rus sülhməramlıları ilə bağlı Azərbaycan öz mövqeyini, etirazını dilə gətirdi. Ötən gün də sülhməramlıların yerləşdiyi bölgəyə ermənilərin silah keçirməsinin qarşısı alınıb. Bundan başqa, Şuşakənd kəndi istiqamətində mövqelər atəşə tutulub. Görünür, Rusiyanın çox ciddi şəkildə gedişi pozmaq, yaxud da hansısa formada təzyiq etməklə bağlı planları var. Baş verən proseslər də onun üzərindən aparılır. Türkiyə də, Azərbaycan da hərbi baxımdan güclü dövlətdir. Eyni zamanda iradələrini üst səviyyəyə qaldırmaq üzrədirlər.
Bütün bunlar hamısı rəsmi Moskvada ciddi şəkildə izlənilir. Nəqliyyat və tranzit, Rusiya, Azərbaycan, İran ərazisindən keçən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin potensial gücünün genişləndirilməsi məsələləri paralel şəkildə ortaya çıxdı. İlk növbədə, Zəngəzur dəhlizi açılmalıdır.
"Şimal-Cənub" Nəqliyyat Dəhlizi həmin ərazidən keçməlidir. Digər tərəfdən Azərbaycan və Avropa İttifaqı arasında yeni qaz sazişi imzalanıb.
Bu da bölgədə Rusiyanın, İranın maraqlarına müəyyən dərəcədə təsir göstərir. Analoji hibrid xarakterli münasibətlər içərisində əlbəttə ki, zərurət yaranmalı, perspektiv məsələlərin müzakirə edilməsinə mütləq şəkildə baxılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə