"Rusiya Vardanyandan imtina edərək onu digər böyük layihəyə hazırlayır" - ŞƏRH
12:30 25.12.2022
Aktual
350
"Böyük ehtimalla Vardanyanın Ermənistanda Nikol Paşinyana ciddi təsir edə biləcək boz kardinallıq institutunun başına gətirilməsi üzərində iş gedir"
"Qarabağdakı mülki ermənilərin hisslərini istismar edən Ruben Vardanyan-Arayik Arutyunyan cütlüyünün öz aralarında da problem var".
Bunu "Sherg.az"a açıqlamasında analitik Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, Rusiya emissar kimi Qarabağa göndərdiyi Vardanyandan imtina edərək onu digər böyük layihəyə hazırlayır:
"Böyük ehtimalla Vardanyanın Ermənistanda Nikol Paşinyana ciddi təsir edə biləcək boz kardinallıq institutunun başına gətirilməsi üzərində iş gedir. Arutyunyan isə məngənədə sıxılır, nə onun, nə də İrəvanın Vardanyandan xoşu gəlir. Ancaq hansısa bir məqamda situativ sövdələşmə onlara lazımdır. Vardanyan-Arutyunyan cütlüyü səylərini və resurslarını Qarabağ ermənilərini faktiki girov kimi saxlamağa xərcləyirlər və onları zor gücünə Azərbaycan əleyhinə kampaniyanın içərisinə yuvarlayırlar. Təbii ki, separatçılıq ruhu bəzi mülki ermənilərin də canına hopub. Onlar da az aşın duzu deyillər. Amma onlar isterika və qorxu səbəbindən Azərbaycana qarşı fəaliyyətdən çəkinirlər".
A.Kərimov qeyd edib ki, Ruben-Arayik cütlüyü Qarabağdakı qızıl yataqlarına olan tamahı ucbatından ermənilərin onların fəaliyyətinə problem yaratmamasına və ermənilərin sayı ilə bağlı şişirdilmiş rəqəmlərin doğruluğunu sübut etməyə çalışırlar:
"Ancaq faydası yoxdur. Xankəndidə əgər adına mitinq demək mümkündürsə, keçirilən aksiyalara iştirakçılar zorla çıxarılır və say görüntüsü yaratmaq cəhdi bununla da fiasko ilə nəticələnir. Şuşa-Xankəndi yolundakı aksiyalardan sonra Xankəndidə ermənilərin sayının o qədər də çox olmadığı üzə çıxdı. Bakı bu kartla dünyaya yalan məlumatlar çatdıran qüvvələrin saxtakarlığını ifşa etdi. Bu həm da onun dəlilidir ki, havadar qüvvələrin dəstəyi ilə Ermənistandan Gorus-Xankəndi yolu ilə xeyli sayda insan daşınaraq Azərbaycan torpaqlarına gətirilib. Bunun əsas məqsədi orada yaşayan ermənilərin sayını çox göstərmək olub. İndi isə Rubenlə Arayik hirslərindən zəncir çeynəyərək tez-tez aksiyalar təşkil edir və böyük ehtimal ki, toplanışdan yayınan ermənilərə qarşı zor tətbiq edilir və onlara ermənilərə məxsus işgəncələr verilir. Onlar yenidən separatçıları ayaqlandıraraq Şuşa-Xankəndi yoluna yürüşə çağırırlar. Əgər Rusiya sülhməramlıları buna maneə yaratmasalar, həmin erməniləri Azərbaycan polisi və Daxili Qoşunların hərbi qulluqçuları qarşılayacaq. Onlar Azərbaycan təhlükəsizlik qüvvələrinin hüquqi müstəvidə atacağı addımlarla qarşılaşmaq istəmirlərsə, bu sevdadan əl çəkməlidirlər, çünki ölkənin güc strukturlarının işi asayişi bərqərar etməkdir. Ruben-Arayik ikilisinin izdiham yaratmaq görüntüsü elə öz başlarında çatlayacaq və bu da onların ifşası üçün yeni vasitəyə çevriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya