Rusiyada qanunsuz miqrasiya ilə məşğul olan azərbaycanlı tutuldu

Rusiyanın Belqorod vilayətində miqrantların qeydiyyatı ilə məşğul olan cinayətkar dəstənin üzvləri tutulub.

Sm-news.ru-nun xəbərinə görə, cinayətkarlar “miqrasiya xidmətləri” göstərərək Rusiyada yaşamaq icazəsi olmayan Ukrayna və Özbəkistan vətəndaşlarına sərhəddi keçməyə kömək ediblər.

Xəbərdə bildirilib ki, onlar bunun üçün MDB dövlətinin vətəndaşlarından pul və pasportlarının surətini istəyiblər.

Daha sonra Rusiyanın sərhədlərini keçmək üçün lazım olan miqrasiya kartları üzərində lazımi qeydlər aparıblar.

Hadisəni törətməkdə şübhəli bilinən Azərbaycan və Rusiya vətəndaşı məsuliyyətə cəlb olunub. Onlar qrup şəklində qanunsuz miqrasiyanın təşkilində ittiham edilirlər.