Rusiyadan 150 nəfərlik nümayəndə heyəti Bakıya gəldi
12:23 24.01.2020
Aktual
487
Bu gün “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa keçirilib. Axar.az xəbər verir ki, Azərbaycanla Rusiya arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə hər iki ölkənin hökumət rəsmiləri, nazirlər, tanınmış şəxslər və iş adamları, mədəniyyət, təhsil və elm xadimləri, o cümlədən KİV nümayəndələri iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, Bakı Prosesi öz işini davam etdirir və müxtəlif beynəlxalq layihələrin gerçəkləşdirilməsinə təkan verir:
"Bugünkü dialoq forumu Azərbaycanda bu il keçiriləcək Humanitar Foruma hazırlıq məqsədilə və ümumiyyətlə, Bakı Prosesinin istiqamətlərinin müxtəlifliyini təmin etmək və çox regional yaradıcı insanlara daha yaxın olmaq üçün həyata keçirilir. İlk dəfə olaraq Bakı-Moskva arasında mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş böyük bir toplantı təşkil olunub. Bu münasibətlə Rusiya Federasiyasından 150-yə yaxın çox nüfuzlu nümayəndə heyəti gəlib. Onlar arasında həm nazirlər, hökumət üzvləri, alimlər, incəsənət xadimləri və s. var. Toplantıda Azərbaycan və Rusiya münasibətlərinin genişləndirilməsinə həsr olunacaq və Humanitar Forum çərçivəsində müzakirə olunacaq mövzuların bünövrəsi qoyulacaq. Çox maraqlı proqram tərtib olunub və artıq nümayəndə heyətləri arasında fikir mübadiləsi baş tutub. Odur ki, “Mədəniyyətlərin dialoqu" forumundan müxtəlif sahələrin inkişafına doğru çox dəyərli töhfə gözləyirik".
TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman qeyd edib ki, Rusiya və Azərbaycan arasındakı münasibətlərin hərarəti dövlət başçılarının dostluq və əməkdaşlığına əsaslanır:
"Xoşbəxtəm ki, Bakı-Moskva Dialoq Forumu yubileyimə təsadüf etdi. Bu forumun keçirilməsinə dəstək verdiyi üçün Azərbaycanın dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Rusiyadan böyük bir nümayəndə heyəti ilə gəlmişik, burada çox nüfuzlu insanlar iştirak edir. Xoşbəxtəm ki, Bakıda bir sutka olmağımıza baxmayaraq, artıq hər kəsin şəhərlə bağlı müsbət təəssüratı formalaşıb. Əminəm ki, biz Bakını xoş emosiyalar və yüksək əhval-ruhiyyədə tərk edəcəyik. Söhbət təkcə Azərbaycanın qonaqpərvərliyindən getmir, həm də əhatə olunduğumuz dostluq və sevgi diqqətəlayiqdir.
Azərbaycan və Rusiyanı bir-birinə tarixi köklər bağlayır. Bu gün biz müqəddəs məkanda - Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdik. Heydər Əliyevin Azərbaycan və Rusiya mədəniyyətlərarası münasibətlərinə necə önəm verdiyini hamımız xatırlayırıq. Bugünkü forum onun qoyduğu ənənənin davamıdır".
Qeyd edək ki, “Moskva-Bakı - Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa, TASS İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Rusiyada və Rusiyanın Azərbaycanda yaşayan görkəmli şəxslərinin fotosərgisi, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” adlı kitablarının təqdimatı və digər mədəni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət