
Rusiyadan səfərbərlik anonsu! – “Bu, Kremlin Ukraynadakı fiaskosudur”
Yusif Nəzərli
09:55 22.09.2022
Aktual
817
Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra ölkədə ajiotaj yaranıb. 300 min nəfəri əhatə edən səfərbərlik elanının ardından Rusiyadan Türkiyə, Azərbaycan və Ermənistana bütün uçuş biletləri bir neçə dəqiqə ərzində satılıb. Təyyarə biletlərinin qiyməti isə 2800 manata qədər yüksəlib.

Politoloq Məhəmməd Əsədullazadə bu barədə “Sherg.az”a danışarkən bilidirb ki, Rusiyada səfərbərliyin elan olunmasını rəsmi Moskvanın Ukraynadakı fiaskosu kimi qiymətləndirmək olar:
“Çünki Rusiya bir həftə ərzində Kiyevi işğal etməyi planlaşdırmışdı. Amma gördüyümüz kimi, bunun üstündən iki yüz gündən artıq vaxt keçib. Rus qoşunları isə tutduğu bir çox ərazilərdən geri çəkilirlər. Ordunun əksər birləşməsi Ukraynada darmadağın edilib. İndi Putin səfərbərlik elan etməyə məcbur qalıb.
Ümumiyyətlə, səfərbərlikdə yığılan ordunun döyüş qabiliyyətli olmur. Həmin ordudakı əsgərlərin psixoloji vəziyyəti də gərgin olur. Onlar hansı məqsəd uğrunda döyüşdüklərini belə anlaya bilmirlər. Bu xəbər təbii olaraq Rusiyada əhali arasında çaxnaşma yaradıb.
Hesab edirəm ki,bunun rəsmi Moskva üçün ciddi mənfi tendensiyaları olacaq. Həm ölkə daxilində, həm də Ukrayadakı hərbi əməliyyatlarda Rusiya uğur qazana bilməyəcək.
Beləcə üç min şəxsi heyətin formalaşdırılması onların döyüşə göndərilməsi Rusiya ordusunu xaosa və daha da ciddi məğlubiyyətə sürükləyəcək.
Fikrimcə, Rusiya ordusu Ukraynada artıq öz döyüş qabiliyyətini itirib. Səfərbərlikdə yığılan ehtiyat tabor da çox güman ki, məğlubiyyətlə üzləşəcək.
İndi Rusiya vətəndaşları çox ciddi şəkildə etiraza qalxmayacaq. Rus cəmiyyəti hələ buna hazır deyil. Amma gənclərdən ibarət lokal etirazlar bir müddət davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya