Sarkisyanın helikopteri Azərbaycanın hava məkanını POZDU

Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altındakı Qarabağ bölgəasinə səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o hərbi hava qüvvələrinə məxsus Mi-171E helikopteri ilə Xocalı aeroportuna gəlib.

Aeroprotda onu separatçı rejimin rəhbərliyi qarşılayıb. Armen Sarkisyan separatçıların lideri Bako Saakyanla görüş keçirib.