Şəkərli qidalar, qızartmalar, çipslər uşaqları "çürüdür"
Şəymən Bayramova
12:35 30.08.2020
Aktual
894
Amerikalı məşhur uşaq xəstəlikləri mütəxəssisi professor Robert Lustigin xəbərdarlığına görə, şəkərli qidaların qəbulu dayandırılmazsa, gizli şəkər xəstəliyi qarşısı alınmaz səviyyəyə yüksələcək.
Dünya sağlıq sistemi bu yükü qaldıra bilməyəcəyinə görə 2026-cı ildə iflas etmiş olacaq. İngiltərənin Bristol və Bangor Universitetlərində aparılan araşdırmada isə qeyd olunur ki, gündə 2 ədəd şəkərli qida qəbul etmək daha çox şəkər istəyi oyandırır. Yəni insanın şəkər yedikcə yeməyi gəlir və nəticədə asılılıq yaranır. Qəbul edilən bu maddə qan şəkəri tarazlığını pozur, yol açdığı dəyişikliklər bədənin enerji səviyyəsini və hormonal düzəni alt-üst edir. Bu da damar divarlarının zədələnməsinə və ürək-damar xəstəliklərinə səbəb olur.
"Uşağa şəkər, qızartma, kola, çips, şokalad, xəmir məmulatları verirlər. Sonra mənim qəbuluma gətirirlər. "Bu uşaq niyə xəstələnir və ya bu uşaq niyə kökəlir?" deyə sual verirlər. Halbuki sual belə qoyulmalıdır : "Bu uşaq niyə "çürüyür"? ".
Bu sözlər isə Uşaq pediatrı proffessor Osman Müftüoğluna məxsusdur.
Professorun sözlərinə görə, şəkərli qidalar, qızartmalar, çipslər, şokaladları yedikcə uşaq "çürüyür". İmmunitet sistemi çökür, xəstəliklərlə mübarizə apara bilmir:
"Bu cür qidalardan başqa bal, bəhməz, hətta meyvələr belə az yeyilməlidir. Bunlar da şəkərdir. Almanın özü püresindən, püresi şirəsindən daha faydalıdır. Nə qədər bir meyvə və tərəvəzə daha çox müdaxilə etsəniz, o qədər qida dəyərinin itirilməsinə səbəb olursunuz. Meyvə və tərəvəzləri sadə halı ilə qəbul edin".
Avstraliyanın Adeleide Universitetində 7000 uşaq üzərində araşdırma aparıldığını vurğulayan O. Müftüoğlu deyib ki, araşdırmada 2 yaşından əvvəl şəkərli, şokaladlı qidalar qəbul etməyə başlayan uşaqların 8 yaşına çatdıqda zəkalarının sağlam qidalanan uşaqlara nəzərən daha aşağı olduğu aşkar edilib. Araşdırmanın nəticəsinə görə sağlam qidalarla qidalanan uşaqların dərslərində olan fəallığı və aktivliyi daha yüksək, şəkərli qidalar, qazlı içkilər, çipslərlə qidalanan uşaqların fəallığı isə çox zəifdir. Alimlər bu araşdırmadan çıxan ən vacib nəticənin qidaların uşaqlara uzun müddətli təsirinin olduğunu söyləyib. Beləliklə araşdırma göstərir ki, insanın uşaq vaxtından yedikləri onun gələcək həyatını müəyyənləşdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya