Şəkidə koronavirusla mübarizə davam etdirilir
13:12 18.06.2020
Aktual
608
İyunun 17-də Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sədrliyi ilə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış Operatıv Qərargahın növbəti iclası keçirilib.
Tədbirdə dünyada və ölkəmizdə koronavirus xəstəliyinin artan templə yayılmaqda davam etdiyini, son sutka ərzində Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığını, 209 nəfərin müalicə olunaraq evə buraxıldığını qeyd edən E.Usubov vəziyyətin ciddi olduğunu diqqətə çatdırıb.
İHB E.Usubov rayon səviyyəsində ardıcıl olaraq aparılan bütün profilaktiki tədbirlərin həyata keçirilməsinə baxmayaraq, rayonlara gedış-gəlişin açıldığı bır dövrdə qonşu rayonda hüzr mərasimində iştirak edən sakinlərimiz vasitəsi ilə rayonumuzda da bu xəstəliyin yayılması hallarına rast gəlindiyini və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirildiyini, hazırda az sayda da olsa yoluxmaların aşkar edildiyini və artmaqda davam etdiyini təəssüflə bildirib.
E.Usubov qeyd edib ki, hazırda havaların isti keçməsi ilə əlaqədar istər paytaxtdan, istərsə də digər rayonlardan Şəki və qonşu rayonlara gələn yerlı turistlərın sayının həddən çox olması, həmin vətəndaşların vırus daşıyıcısı olub-olmaması barədə məlumatların yoxluğu və hazırkı şəraitdə nəzarətin mumkünsüzlüyü bizim daha diqqətlı olmağımızı diqtə edir.
Tətbiq olunan karantln rejimi qaydalarına ciddi əməl edilməsi ilə bağlı konkret tapşırıqlar verən İHB E.Usubov, əhali arasında maarifləndirmə işınin daha aktiv şəkildə aparılmasının, qapalı yerlərdə tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin saxlanılmasının, sərnişindaşıma vasitələrində nizam-intizama qətiyyətlə diqqət yetirilməsinin, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, əhalinin daha çox kontakda olduğu ictimai yerlərdə və çoxmənzilli binalarda dezinfeksiya işlərinin davam etdirilməsinin zəruriliyini qeyd edib.
Eyni zamanda, rayon rəhbərliyi tərəfindən Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq, aidıyyatı orqanlarla birlikdə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar və s.), ictimai iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsiniə nəzarət etmək məqsədi ilə mütəmadi olaraq monitorinqlərin aparılması, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmış tədbirlərin görülməsi tapşırılmışdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm