Sən imkansızı bacardın...
Yusif Nəzərli
08:01 29.10.2023
Aktual
593
Bahəddin Həzi yazır
Mövlana Cəlaləddin Rumi az deyib, amma öz deyib: “Məni bilənlər bilir, bilməyənlər özü kimi bilir”.
Bəli, səni bilənlər bilir. Bilmək istəyənlərə isə deyim sən kimsən.
Sən Allahına aşiq, tarixinə sadiq bir topluma məxsussan.
...Bir zaman çaqqalların mühasirəsində yaralı aslandın. İstanbulda canın yanmışdı, Sarıqamışda qanın donmuşdu. Düşmənlər hər tərəfdən üstünə tökülmüşdü. Ancaq sən geri addım atmadın. Yaralarını sarıdın. Ayağa qalxdın. Döyüşdün və qazandın.
Qurd ağzından keçib qazandın.
İlan boğazından keçib qazandın.
İmkansızı bacardın. Küllərindən yenidən doğuldun. Yeni biçimdə doğuldun. Yorulmadın, usanmadın, yıxılmadın.
Sən Mersində qızmar dəniz qumsalı, Karsda gecə ayazı, Artvində çay nərəsi, Ağrıda qar işığısan.
Sən Kayseridə novruzgülü çiçəyi, Rizedə çay ətri, Çatakda qaya balısan.
Sən Torosların şəfalı çeşmə suyu, Ərzurumda kəsmə şəkər, Hatayda nar şərbəti, Aydında əncir ləzzətisən.
Sən - dənizlər bölgəsi, göllər ölkəsi, çaylar məmləkəti, meşələr cənnəti, dağlar diyarısan.
Sən Ankarada bahar mehi, Bursada qış küləyi, Samsunda payız qasırğasısan.
Sən Sivasda saz havası, Boluda ney nəfəsi, Trabzonda kaman harayı, Vanda düyün halayısan.
Sən Konyada səma rəqsi, Ayasofyada azan avazı, Əşkinazidə Şabat duası, İzmirdə kilsə xorusan.
Sən Osmaniyyədə “zəlzələ quşu", Şırnakda sülh göyərçini, Nəmrudda dağ qartalısan.
...Köklərin torpağın dərinliklərində, bayrağın göylərin ənginliklərindədir.
Canından qopan şəhidlərin qanı sənin ay-ulduzlu bayrağını solmağa qoymadı, qoymaz...
...Sən qardaşın dayağı, dostun pənahı, düşmənin əcəlisən.
Sən məzlumun yanında, zalımın qarşısındasan.
Sən Şərqi Avropadan Uzaq Şərqə qədər, Balkanlardan Qafqazlara, Orta Şərqdən Mərkəzi Asiyaya, Şimali Afrikadan Qərbi Çinə, Cənubi Asiyaya qədər... hər yerdə və hər zaman ədaləti təmsil edirsən.
Sən uğurlarınla, qüsurlarınla birlikdə varsan və var olmağa davam edəcəksən!
Dünyada ayaq altında qalan nə qədər qövm var. Sən isə hər zaman ayaqdasan və qəddar zehniyyətlərin üstünə ayaq açdığı insanları dünyanın hər yerində qoruyursan, onlara arxa çıxırsan.
Sən Şimali Atlantika Alyansının ən döyüşkən ordusu, İslam ümməti üçün hürriyyət örnəyisən.
Sən dəryadakı "TCG Anadolu", səmadakı "Kızıl Elma", qurudakı "Altay"san...
Sən gecələr çıraq işığında əsgərə corab, köynək toxuyan ağzı dualı nənələrin ölkəsisən.
Sən ən ağır çağında - müharibənin, işğalın boşaltdığı xəzinəyə öz qızıl-zinət əşyalarını sevə-sevə bağışlamış qız-gəlinlərin ölkəsisən.
Sən oğulları ilə çiyin-çiyinə, sinəsini düşmən gülləsinə sipər edən ataların ölkəsisən.
Sən qəhrəman Mehmetciklərin qılıncının kəsərisən.
Sən tarixə fədakar türk əsgərinin şəhid qanı ilə yazılmış Çanaqqala zəfərisən.
Sən şərəfli türk millətinin bağrından qopmuş böyük öndər Qazi Mustafa Kamal Paşanın şah əsərisən.
Sənin adın Türkiyə!
100 yaşlı Türkiyə Cümhuriyyəti dövlətisən.
...Bəlkə də bu yazımın üslubu sənə də qəribə gələcək. Bəlkə də pafos çox oldu. Ancaq 100 ildə bir dəfə pafosa da ixtiyarım var. Türkiyə Cümhuriyyəti olaraq sən mənim, bizim ikinci Vətənimizsən. Bu gün sənin - Türkiyə tarixinin ən gözəl, ən özəl yubileyindir. Türkiyə Cümhuriyyəti dövləti olaraq 100 ildir ki, varsan. Bundan sonra da yüz illərlə, min illərlə var ol!
Sonsuz sayğılarımla və könüldən təbriklərimlə...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya