Sənəd hazırlanır! – “Sülhməramlılar üzərində nəzarətimiz təmin edilir”
Banuçiçək Kalbalıyeva
14:45 07.09.2021
Aktual
974
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Görüşdə R.Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb. Ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı. Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.
“Sherg.az”olaraq Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli ilə dəyişikliyin nələr vəd etdiyi barədə söhbətləşdik:
- Sözügedən məsələni necə qiymətləndirirsiniz?
- Bu, formal dəyişiklikdir. Əslində R.Muradovun əvəzlənməsi vəzifəsinin icrasına başladıqdan altı ay sonra olmalı idi. Amma bu, müəyyən məqamlara görə ləngidi. Yəni komandanın kimin olmasının önəmi yoxdur. Biz onsuz da sülhməramlıların fəaliyyəti ilə bağlı narazılığımızı bildirmişik. Amma müəyyən hüquqi yeniliklər ola bilər.
- Nəyi nəzərdə tutursunuz?
- Sülhməramlıların mandatı müəyyənləşəcək. Bizi narahat edən əsas məsələ üçtərəfli razılaşmanın dördüncü bəndinin hələ də icra olunmaması, yəni terrorçuların torpaqlarımızdan çıxarılmamasıdır. İkinci məqam isə qanunsuz daşınmalardır. Fikrimcə, baş verənlərin məsuliyyət dairəsini müəyyənləşdirən və Azərbaycanın sülhməramlılar üzərində nəzarətini təmin edə bilən hüquqi sənəd hazırlanacaq.
- Moskva yeni komandanlığı bəhanə edərək hərbi əsirimizin qaytarılmasından imtina edə bilərmi?
- Xeyr, bu, mümkünsüzdür. Qarabağda vahid sülhməramlı kontingent var. Və yeni komandanlıq əvvəlkinin varisi hesab olunur.
- Elə isə hərbçimizin taleyi necə olacaq?
- O, mütləq qaytarılacaq. Hətta bu, yeni komandanlığın ilk jesti ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol