Siyasi təzyiq aləti qüvvəsindədir
Banuçiçək Kalbalıyeva
08:58 03.07.2021
Aktual
543
“İsgəndər” müəmması “Damokl qılıncı” kimi daim Rusiyanın başı üzərində olacaq"
“Ciddi müəmmalar var. Xüsusilə Ermənistandakı seçkilər ərəfəsində Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar həmin müəmmaları bir az da artırır”. Bu sözləri Şuşada qalıqları tapılan “İsgəndər-M” raketi ilə bağlı “Şərq”ə danışan Turab Rzayev deyib.
Ekspertin fikrincə, istənilən halda günahkar Rusiyadır: “Paşinyan erməni cəmiyyətinə çatdırmaq istəyirdi ki, bu, onun iradəsi daxilində deyil. Həmçinin raketlərin lazımi effekt vermədiyi barədə də danışılırdı. İndi Moskva bizi inandırmalıdır ki, bu işdə “əli yoxdur”. Hərçənd yenə sual meydana çıxır: elə isə satışı qadağan olunan silahın İrəvanda nə işi var? Başqa bir variant isə raketin Gümrüdəki hərbi bazadan atılmasıdır. Yəni bütün “oxlar” Kremli göstərir. Cavab isə hələ də yoxdur. Və biz konkret açıqlama almayanadək məsələni zaman-zaman ictimailəşdirəcəyik”.
T.Rzayevin sözlərinə görə, biz bu məqamdan siyasi təzyiq aləti kimi yararlana bilərik:
“İsgəndər” müəmması “Damokl qılıncı” kimi daim Rusiyanın başı üzərində olacaq. Rəsmi Bakı lazımi anda məsələni gündəmə gətirəcək. Səsləndirilən bəyanatlar göstərir ki, şimal qonşumuz problemin qabardılmasını istəmir. İndi əsas məsələ bizim əlimizdəki “kozır”dan nə qədər səmərəli istifadə edəcəyimizdir. Bu isə konkret siyasi vəziyyətdən asılıdır. Əgər uğurlu vaxtı, məsələn, Moskvaya qarşı beynəlxalq təzyiqin gücləndiyi zamanı gözləsək, şimal qonşumuz müəyyən güzəştlər edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm