
Şok iddia:“Hacı Şahin İranda sevilmirdi” - Ölümündəki şübhəli vaxt aralığı....
Yusif Nəzərli
14:44 03.03.2023
Aktual
1555
“Həmçinin özəl klinikanın yaydığı sənəddə onun buraxılmasının 4:00 da olduğunu görürük”
“Onun evə buraxıldıqdan 1 saat sonra dünyasını dəyişməsi isə müəyyən suallar yaradır”
“Burada ya həkimlərin, ya ailə üzvlərinin, ya da üçüncü tərəfin ehtiyatsızlığı ola bilər”
"Cəmiyyət olaraq konspiroloji nəzəriyyələrdən uzaq olmağın tərəfdarıyam. Amma Hacı Şahin kimi böyük tərəfdarları və dəstəkçiləri olan bir şəxsin ölümü mütləq araşdırılmalıdır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turab Rzayev Hacı Şahin Əliyevin ölümünün təbii olmaması ilə bağlı iddialardan danışarkən deyib:
Analitik qeyd edib ki, Hacı Şahini fərqli dinlərdən və kəsimlərdən olan insanlar , hətta dindar olmayan şəxslər belə sevirdilər:
"İran tərəfi onun vəfatını, həzrəti Əliyə xəyanət edərək düşmən tərəfinə keçənlərin ölümünə bənzətmişdilər. Bu da Hacı Şahinin İranda sevilmədiyini göstərir. Bunu əsas səbəbi isə onun islam dini ilə Azərbaycançılığı bir arada saxlamağa çalışmasıdır. Onun dəfnində yalnız Azərbaycan bayrağı və qara yas bayrağı olması bunun ən böyük sübutudur. Bütün bunları nəzərə alaraq İranla Azərbaycan arasındakı vəziyyətin gərgin olduğu, sırf farspərəst radikal şiə cərəyanlarının onu ittiham etdiyi bir dövrdə Hacı Şahin kimi bir şəxsin vəfatı ilə bağlı beyinlərdə heç bir sual qalmamalıdır".

T.Rzayevin sözlərinə görə, TƏBİB-in ölümlə bağlı açıqlamasında onun bir gün öncə müayinə olunduğu deyildi:
"Bildiyiniz kimi yoxlanılan adam ya sağlam çıxaraq evə buraxılır, ya da xəstəlik aşkarlanır və müalicəsinə başlanılır. Səhər tezdən 5 civarında onun halının pisləşdiyi və 10 dəqiqə sonra dünyasını dəyişdiyi bildirilir. Burada isə şübhəli bir vaxt aralığı var. Həmçinin özəl klinikanın yaydığı sənəddə onun buraxılmasının 4:00 da olduğunu görürük. Onun evə buraxıldıqdan 1 saat sonra dünyasını dəyişməsi isə müəyyən suallar yaradır. Burada ya həkimlərin, ya ailə üzvlərinin, ya da üçüncü tərəfin ehtiyatsızlığı ola bilər. Baş prokurorluq bu məsələni sürətli şəkildə araşdırmalıdır ki, cəmiyyətinin vicdanı rahatlasın. Yəni insanlar adamın hansı səbəbdən dünyasını dəyişdiyini və burada xarici ünsürlərin əlinin olub-olmadığını bilməlidir. Ümumiyyətlə, isə mənim ailənin ətrafından aldığım duyumlara görə, onlar düşmən və ya xain axtarışında deyillər. Ancaq Azərbaycan dövlətinin vəzifəsi Hacı Şahin kimi nüfuzlu şəxsləri qorumaq və ölüm səbəbini araşdırmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm