Taliblər tərəfindən böyük təhdidlərə məruz qala biləcəyinə ehtiyatla yanaşan ölkələrdən biri də təbii ki, Rusiyadır. Çünki "Taliban"ın verdiyi vədlərə baxmayaraq, radikal islam cərəyanının Rusiyanın cənub-şərq qurşağında yerləşən Mərkəzi Asiyaya sirayət etməyəcəyinə, daha doğrusu, ixrac edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Belə halda Mərkəzi Asiyada qanlı-qadalı qarşıdurmaların qızışması və bu od-alovun tezliklə Rusiyaya keçəcəyi şübhə doğurmur. Bu isə böyük qurbanlar və resurslar hesabına, güc-bəla ilə radikal islam cərəyanını cilovlamış Moskva üçün ciddi təhlükədir. Məhz bu səbəbdən Kreml "Taliban" hökumətini tanımağa və onunla əlaqələr qurmağa hələ tələsmir. Bir sözlə, Rusiya gözləmə mövqeyindədir. Maraqlıdır, əgər "Taliban" həqiqətən Mərkəzi Asiyaya müdaxilə edərsə, o zaman Rusiya necə davranış sərgiləyəcək?
"Taliban"ın ilk hədəfi regionun müsəlman ölkələri olacaq
02:27 11.09.2021
Aktual
647
Əlində 85 milyardlıq silahı olan gücün qarşısına heç bir dövlət çıxa bilməz
Əziz Əlibəyli: "Rusiya üçün əsas qorxulu senari KTMT üzvü olan Tacikistanla bağlıdır"
Əfqanıstanda yaşanan hadisələr və bu ölkə ətrafında aparılan oyunlar istər-istəməz bəşəriyyətdə yeni suallar doğurmaqdadır. İndi də bütün dünya "Taliban"ın Əfqanıstanı hara aparacağını düşünür. Təbii ki, şəriət qanunları ilə idarə olunacaq Əmirlik yaradacağını bildirən "Taliban"ın üsul-idarəsinin əfqan cəmiyyətinə hansı “sürprizlər” vəd edəcəyini təsəvvürə gətirmək çətin deyil. Demək olar ki, bir çox ölkələr "Taliban"ın necə davranacağından və hansı davranışı sərgiləyəcəyindən ehtiyatlanır.
Taliblər tərəfindən böyük təhdidlərə məruz qala biləcəyinə ehtiyatla yanaşan ölkələrdən biri də təbii ki, Rusiyadır. Çünki "Taliban"ın verdiyi vədlərə baxmayaraq, radikal islam cərəyanının Rusiyanın cənub-şərq qurşağında yerləşən Mərkəzi Asiyaya sirayət etməyəcəyinə, daha doğrusu, ixrac edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Belə halda Mərkəzi Asiyada qanlı-qadalı qarşıdurmaların qızışması və bu od-alovun tezliklə Rusiyaya keçəcəyi şübhə doğurmur. Bu isə böyük qurbanlar və resurslar hesabına, güc-bəla ilə radikal islam cərəyanını cilovlamış Moskva üçün ciddi təhlükədir. Məhz bu səbəbdən Kreml "Taliban" hökumətini tanımağa və onunla əlaqələr qurmağa hələ tələsmir. Bir sözlə, Rusiya gözləmə mövqeyindədir. Maraqlıdır, əgər "Taliban" həqiqətən Mərkəzi Asiyaya müdaxilə edərsə, o zaman Rusiya necə davranış sərgiləyəcək?
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli "Şərq"ə açıqlamasında deyib ki, "Taliban"ın əlində olan 85 milyardlıq silahla Mərkəzi Asiyada heç bir dövlət faktiki olaraq, onun qarşısına çıxa bilməz. Politoloq qeyd edib ki, "Taliban"ın ilk hədəfi regionun müsəlman ölkələri olacaq:
"Bildiyimiz kimi, "Taliban"ın hazırda başı öz daxili siyasi məsələlərinə qarışıb. Onlar tam olaraq ölkədə hakimiyyəti təmin etməlidirlər. "Taliban" çalışır ki, birbaşa müsəlman əhaliyə təsir göstərsinlər və onların dini hisslərini istismar eləsinlər. Ardınca isə Rusiyanı hədəf alsınlar".
Ə.Əlibəyli əlavə edib ki, Rusiya üçün əsas qorxulu senari KTMT üzvü olan Tacikistanla bağlıdır:
"Mərkəzi Asiya dedikdə, məhz Tacikistanın başı üzərində qara buludlar dayanır. Fikrimcə, burada din ixracı baş verəcək. Düşünmürəm ki, hələlik, hər hansı silahlı müdaxilə olsun. Əgər Talibanla Tacikistan arasında silahlı münaqişə olarsa, o zaman bunun qarşısını nə Rusiya, nə də ki, Tacikistan ala bilməyəcək. Çünki Talibanın qarşısını almaq imkansızdır və sırf orduların döyüşə biləcəyi potensiallar bir deyil. Talibanlar kifayət qədər peşəkar və güclüdülər. Əllərində olan silahlar Rusiyaya da çox ciddi şəkildə zərbə vurmaq iqtidarındadır. Bu halda Rusiya dənizlərdə olan raketlər vasitəsilə və s. digər raketlərlə Talibana atəş aça bilər. Bunun özü də Rusiya üçün çox pis senaridi. Əslində indidən onu proqnozlaşdırmaq çətindir. Ancaq mümkünsüz də deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol