Telefon trafikləri ümidlər yaradıb
Turan
06:49 26.06.2021
Aktual
513
Üçtərəfli razılaşmanın icrası ilə bağlı konkret addımlar atılacaq
Ərdoğanla Putin Qarabağın tam həllinə dair son müzakirələrini aparıb
İyunun 24-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Kremlin rəsmi saytında dərc edilmiş məlumata görə, Putin Paşinyanı və onun “Vətəndaş Müqaviləsi” Partiyasını iyunun 20-də keçirilmiş parlament seçkisindəki qələbəsi münasibətilə təbrik edib, hökumətin təşkilində uğurlar arzulayıb. Rəhbərlər Dağlıq Qarabağla əlaqədar fikir mübadiləsi də aparıblar. Söhbət zamanı regionda stabilliyin bərqərar edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyəti vurğulanıb. Putin və Paşinyan şəxsi təmaslarını davam etdirəcəklərinə dair razılığa gəliblər.
Paşinyanla təmasdan sonra Rusiya rəhbəri ilə Türkiyiə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı baş tutub. Liderlər Qarabağdakı vəziyyətlə bağlı son vəziyyəti müzakirə edib. Dövlət başçıları Rusiya-Türkiyə hərbçilərinin birgə fəaliyyətini müsbət qiymətləndiriblər. Hər iki lider bölgədəki iqtisadi inkişaf və nəqliyyat infrastrukturunun bərpası daxil olmaqla koordinasiyanı davam etdirməyə hazır olduqlarını bildirib. Xatırladaq ki, iki gün öncə Rusiya Prezidenti V.Putin Qarabağ ətrafında baş verənləri Azərbaycan dövlət başçısı İlham Əliyevlə müzakirə etmişdi.
Bölgədə cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Rusiya prezidentinin Bakı və İrəvanla təmas qurandan sonra Türkiyə prezidenti ilə müzakirə aparması tərəflər arasında konkret addımların atılması ilə bağlı razılığa gəlindiyi qənaətini gücləndirir. Analitikin fikrincə, bunun nədən ibarət olduğu rəsmi informasiyalarda əksini tapıb. Söhbət üçtərəfli razılaşmaların icra edilməsindən gedir:
“Əsas müzakirə mövzusunun nə olduğu haqda ehtimal irəli sürmək üçün telefon trafikinin haradan başlandığına - Bakıya baxmaq lazımdır. Putinə dövlət başçısı İlham Əliyev zəng etdi, ardınca Moskvadan İrəvana zəng edildi. Bu, üç ehtimalı önə çıxarır. Birincisi, Bakı üçtərəfli razılaşmaların tam şəkildə həyata keçirilməsində israrlıdır. Xüsusən, indiyə qədər icra edilməyən 4-cü bəndində, yəni erməni qoşunlarının Qarabağdan çıxarılması məsələsində tələbkardır. Ermənistanda seçkidən sonra gözlənilən də bu idi. İkincisi, ölkə başçısı İlham Əliyevin zəngindən bir gün sonra Putinin Paşinyanla danışması Moskvanın Bakının istəyi ilə razılaşdığını göstərir. Üçüncüsü isə Putinin sonda Türkiyə lideri Ərdoğanla danışması Ermənistanın da “razlaşmaların tam icra edilməsinin vacibliyini” qəbul etdiyinə dəlalət edir. Eyni zamanda Rusiyanın proseslə bağlı bölgədə tərəf olaraq qəbul etdiyi Türkiyəni məlumatlandırdığı anlamına gəlir”.
Ekspertin fikrincə, razılaşmalarla bağlı mövcud vəziyyət və mümkün gözləntilər də bu ehtimalları gücləndirir:
“Üçtərəfli razılaşmaların tam şəkildə icra edilməsindən bəhs edilirsə, yeganə irəliləyiş olmayan məsələ məhz erməni qoşunların çıxarılmasıdır. Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilə gündəmdədir və belə bir sənədin müzakirəyə çıxarılması üçün öncə üçtərəfli razılaşmaların bütün bəndləri üzrə ən azından müəyyən irəliləyiş olmalıdır. Putin-Ərdoğan müzakirəsində Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə toxunulması da erməni qoşunların çıxarılmasından sonra bölgədə vəziyyətin idarə olunması məsələsinin ələ alındığı fikrini önə çıxarır. Qarşıdakı dövrdə liderlərin təmaslarının intensivləşəcəyini görə bilərik. O da istisna deyil ki, növbəti dəfə erməni diversantlarla mina xəritələrinin “barter” edilməsi Rusiya və Türkiyənin vasitəçiliyi ilə həyata keçiriləcək. Telefon trafikində müzakirə olunan əlavə məsələlərdən biri də bu ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm