Təlimlər düşmənin canına qorxu salıb
Turan
04:08 09.09.2021
Aktual
1313
Ermənistan XİN-in açıqlamasının arxasında əməkdaşlıqdan qaçmaq niyyəti durur
İrəvan Bakı və Ankaranın Laçın dəhlizi yaxınlığında keçirdiyi hərbi təlimlərə reaksiya verib. Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyə-Azərbaycan birgə təlimlərinin bölgədə uzunmüddətli sülh, təhlükəsizlik və sabitlik yaratmaq səylərinə mane olduğunu iddia edib: “Türkiyə və Azərbaycanın keçirdiyi hərbi təlimləri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın məğzinə uyğun hesab etmirik. Eyni zamanda bu təlimləri gərginliyi azaltmaq istiqamətində atılan addımlara zərər verən bir hərəkət kimi qiymətləndiririk”. Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın absurd bəyanatını cavabsız qoymayıb. Nazirliyin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva söyləyib ki, beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur.
Onun sözlərinə görə, Azərbaycan bugünədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır: “Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi deyil. Sülhə təhdid Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altında saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır. Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir”. Görünən odur ki, Ermənistan hökuməti Türkiyə və Azərbaycan ordusunun Laçın dəhlizi yaxınlığında, Qarabağda keçirdiyi birgə hərbi təlimlərdən əməlli-başlı qorxuya düşüb və çox ciddi narahatdır. Ermənistan XİN-in açıqlamasında məhz bu qorxu hiss olunur. Lakin Ermənistan hökuməti anlamalıdır ki, Azərbaycan və Türkiyə davamlı sülh və sabitliyə nail olmaq məqsədi ilə əlindən gələni edir. Əksinə, sərhəddə təxribat törədən və aranı qarışdıran isə məhz Ermənistan tərəfidir. Ancaq Azərbaycan ordusu lazımi anda Ermənistanın təxribatının qarşısını da almağa qadirdir.
İrəvanın yersiz bəyanatını “Şərq”ə təhlil edən millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, bu cür açıqlamaların arxasında Ermənistanın sülhdən, əməkdaşlıqdan qaçmaq niyyəti durur. Deputatın sözlərinə görə, Azərbaycan tərəfi 30 ilə yaxın müddətdə keçmiş münaqişənin sülh yolu ilə həlli üçün əlindən gələni etsə də, Ermənistan hər dəfə bundan imtina edib:
“Ermənilər sülh çağırışlarına atəşkəsi pozmaqla cavab verirdilər. Hətta yeni rayonlarımızı işğal edəcəklərini söyləyirdilər. Nəhayət Azərbaycanın səbr kasası daşdı və öz gücü hesabına torpaqlarını düşməndən təmizlədi. Buna rəğmən, rəsmi Bakı yenə də sülhə, əməkdaşlığa hazır olduğunu vurğulayır. Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan 44 günlük müharibədə aldığı ağır məğlubiyyətdən dərs çıxarmır.
Davamlı olaraq təxribatlarını davam etdirir. Bu, onu göstərir ki, İrəvan həqiqi və qalıcı sülhə hazır deyil. Ermənistanın məqsədi “status” məsələsini gündəmdə saxlayaraq, yekun sülhün imzalanmasına əngəl törətməkdir. O məqsədlə keçmiş münaqişəni xarici dövlətlərin, beynəlxalq təşkilatların gündəmində saxlamağa çalışır”.
C.Məmmədova görə, Ermənistanın birgə təlimlərdən narahat olması da İrəvanın bəd niyyətindən xəbər verir. Belə çıxır ki, İrəvanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq düşüncəsi yoxdur:
“Əks halda bu iki dövləti özü üçün təhlükə görməzdi. Halbuki, Ankara və Bakı dəfələrlə İrəvana regional əməkdaşlıqla bağlı çağırış edib. Xoşməramlı təklifləri geri çevirən məhz Ermənistan tərəfidir. Təlimləri keçirmək suveren hüququmuzdur və istədiyimiz ölkə ilə birlikdə hərbi təlimlər keçirə bilərik. XİN-in vurğuladığı kimi sülhə təhdid Ermənistanın bitməz-tükənməz düşmənçilik və nifrət siyasətidir. Ona görə də İrəvan ciddi götür-qoy etməli, düşünməli və regional əməkdaşlığın önəmini dərk etməlidir. Əgər Ermənistan yenidən müharibə ritorikasına, işğalçılıq xülyasına düşəcəksə, o zaman həqiqətən narahat ola bilərlər. Çünki növbəti xəta bütövlükdə ermənilərin faciəli sonuna səbəb olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol