Terrorçuların Ermənistana keçmə ehtimalı daha realdır
Turan
03:15 09.09.2021
Aktual
661
Ankara hücumların qarşısını almaq və sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün heç kimə güzəştə getməyəcək
“Fərat qalxanı” əməliyyatı ilə terrorçulardan təmizlənən Suriyanın Əl-Bab şəhərindəki Türkiyə hərbi bazasına hücum təşkil edilib. Terror hücumunda 1 əsgər şəhid olub, 4-ü yaralanıb. Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin yerləşdirildiyi baza bölgəsinə raket hücumu səhər saatlarında PKK/YPG-nin nəzarətindəki Mənbic bölgəsindən həyata keçirilib. Hücumdan sonra raket qurğularının atıldığı ərazi təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Bölgədə bir çox terrorçunun zərərsizləşdirildiyi və atışmaların davam etdiyi bildirilir.
Qardaş ölkənin yenidən teraktlarla üz-üzə qalmasını “Şərq”ə dəyərləndirən Azər Rəşidoğlu deyib ki, bölgədə terror təhlükəsi həmişə mövcuddur. Analitikə görə, Suriyadan Türkiyəyə hücumların qarşısını almaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün Ankara güzəştə getmir. Bu, bir çox güclərin maraqlarına cavab vermir:
“Unutmaq olmaz ki, PKK/YPG terror qruplaşması olsa da, silahlanmasında bir çox ciddi silah sistemləri mövcuddur. Onların bir hissəsi Suriyada davam edən vətəndaş müharibəsi illərində əldə olunub. Digər bir hissəsi isə onları İŞİD-lə mübarizədə müttəfiq kimi qəbul edən Qərb ölkələri tərəfindən, həm də yüzlərlə tır vasitəsilə çatdırılıb. Türkiyənin tək problemi 70 ilə yaxın NATO-da müttəfiq olduğu dövlətlərdən nəinki dəstək almaması, əksinə, onların bir çoxunun PKK/YPG cərgəsində yer almasındadır. Terrorçuların strukturlarında mövcud olan silahlı qrupların təkibində bir neçə müxtəlif vəzifələrə rast gəlinir. Təbii ki, burada ən əsas fiqur terrorçu qruplaşmanın rəhbəridir. Terror qruplaşmasının Suriya ərazisində keçirilən “Barış Pınarı” əməliyyatında fəaliyyətini təhlil etdikdə məlum olur ki, onlar öz qüvvə və vasitələrini, xüsusilə də ağır silahlarını, texnikalarını və sursat anbarlarını açıq ərazilərdə kompakt şəkildə deyil, yaşayış məntəqələrində daha geniş əraziyə dağınıq halda yerləşdirməyə üstünlük verirlər”.
A.Rəşidoğlu vurğulayıb ki, fəaliyyət məkanlarının daraldığını hiss edən terrorçuların digər nəzarətsiz ərazilərə keçə biləcəyi ehtimal olunur:
“Onların İraqa, Ermənistana keçmə ehtimalı daha realdır. PKK/YPG qruplaşmasının tərkibində ermənilərin də döyüşdüyünü nəzərə alsaq, o zaman Ankara bu fəaliyyətləri təsdiqləyən görüntüləri əldə edərək İrəvandan izahat və terrorçuların qaytarılmasını tələb etmək haqqına sahib olur. Bu kontekstdən baxdıqda, əməliyyatların məntiqi davamının işğal altında olan ərazilərə doğru uzadılması və ya Azərbaycan Silahlı Qüvvələri ilə birgə antiterror əməliyyatlarının keçirilməsi məqsədəuyğun hesab edilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol