Təxribatlara baxmayaraq sülh prosesi pozulmayacaq
Yusif Nəzərli
06:34 17.09.2022
Aktual
409
Toğrul İsmayıl: "Sadəcə olaraq proses bir qədər ləngiyəcək və bir müddət sonra qaldığı yerdən davam edəcək"
"Ermənistan tərəfinin təxribatından sonra Azərbaycan Ordusunun buna cavabı və təhdid törədən hərbi nöqtələrin zərərsiz hala gətirilməsi beynəlxalq qanunların verdiyi hüquqa dayanır". Bu sözləri "Şərq"ə Türkiyədə yaşayan tanınmış politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib. Politoloq vurğulayıb ki, dünyanın aparıcı dövlətləri də öz təhlükəsizliklərini qorumaq məqsədi ilə bu cür addımlar atıblar:
"Hamı çox gözəl bilir ki, müharibədən sonrakı 2 ildə Azərbaycanın əsas tələbi sülh prosesi, sərhədlərin müəyyənləşməsi, yekun müqavilənin imzalanması və regional əməkdaşlıq siyasəti idi. İndi də rəsmi Bakının mövqeyi bu yöndədir. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanısa da, burada əsas problem Ermənistanla sərhədlərin dəqiq müəyyən olunması, delimitasiya və demarkasiyasıdır. 1990-cı illərin əvvəllərindən Azərbaycan ərazilərinin işğalına başlamış Ermənistan öz sərhədlərini qeyri-qanuni irəliyə çəkmişdi.
Sərhədlərin müəyyən edilmədiyi üçün hansı ərazinin kimə aid olduğunu söyləmək çətindir. Əslində dünyanın fərqli bölgələrində buna bənzər proseslər var. Məsələn, Qırğızıstan və Tacikistan arasında sərhəd problemi uzun zamandır davam edir və zaman-zaman gərginliklər yaşanır. O cümlədən Qırğızıstanla Özbəkistan arasında da sərhədlə bağlı qarşıdurmalar mövcuddur. Azərbaycan və Ermənistan arasında rəsmi sənədlə təsdiqlənmiş sərhədlər olmadığı üçün heç kim rəsmi Bakını qınaya bilməz. Ermənistan silahlı qüvvələrinin təxribatları çox ciddidir və müharibə səbəbidir. Çünki ermənilərin diversiya qrupları Azərbaycan ərazilərinə, Kəlbəcər və Laçına soxulublar. Azərbaycan tərəfi məhz buna görə Ermənistanın təhdid yaradan hərbi hədəflərini məhv etmək qərarı aldı və strateji hədəfləri ələ keçirdi. Bu da çox doğru addımdır".
T.İsmayıl vurğulayıb ki, Ermənistanın bütün təxribatçı cəhdlərinə və kənar qüvvələri prosesə cəlb etmək təşəbbüslərinə baxmayaraq, sülh prosesi pozulmayacaq:
"Sadəcə olaraq proses bir qədər ləngiyəcək və bir müddət sonra qaldığı yerdən davam edəcək. Ermənilərin cığallığına, Paşinyanın bir-birinə zidd açıqlamalarına artıq öyrəşmişik. Ermənistanda siyasi proseslər kəskinləşib, kənar güclərin hökumətə təzyiqi artıb. Paşinyan da mövcud duruma görə açıqlamalar verir.
Məsələn, Şanxay Zirvə görüşünə qatılmamaq, sadəcə, ölkədəki vəziyyətlə əlaqədar deyildi. Bunun səbəblərindən biri də odur ki, baş nazir Qərbə göstərir ki, "baxın, mən fərqli mövqedən çıxış edirəm və Şərqə deyil, Qərbə inteqrasiyanın tərəfdarıyam". Yəni Paşinyan çoxtərəfli oynamağa çalışır. Ancaq Azərbaycanın Sammitə qatılması, Rusiya, Çin və digər ölkələrin liderləri ilə görüşü, Türkiyə ilə birlik mesajlarının verilməsi çox uğurlu addımdır, güc göstəricisidir.
Rəsmi Bakı bu cür diplomatik mexanizmlərdən daha aktiv şəkildə istifadə etməlidir. Ermənistan zamanla başa düşəcək ki, təxribatlar prosesi sonlandırmayacaq, əksinə, sürətləndirəcək. Ümid edirəm, ermənilər aldıqları bu dərsdən sonra sülh masasına oturmaqda tərəddüd etməyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya