Tiflis sabiq nazir müavinini Ukraynaya ekstradisiya etdi

Ukraynanın Antikorrupsiya Məhkəməsi Viktor Yanukoviç dönəmində energetika nazirinin müavini olan İqor Kiryuşin barədə həbs qərarı çıxarıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ukrayna İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu öz Feysbuk səhifəsində yayıb. Məlumata görə, nazir müavini Ukraynaya yanvarın 27-də Gürcüstandan ekstradisiya edilib.

Bu şəxs “Ukrnafta”nın əhali üçün hasil etdiyi sıxılmış qazı özəl şirkətlərə satmaqda ittiham olunub. Ekstradisiya edilən şəxsin adının olduğu bildirilib.