Toy qadağası davam edir və bu hərkəs üçün belədir!
Turan
13:03 23.08.2020
Aktual
668
"Baş verənlər heç kəsə xüsusi imtiyaz verilmədiyini və verilməyəcəyini göstərir"
"Vəzifəsindən asılı olmayaraq, hər vətəndaş qaydalara riayət etməlidir". Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, heç kimin, xüsusən xalq qarşısında məsuliyyət daşıyan şəxslərin dövlətin qanunlarını pozmağa haqqı yoxdur:
"Qanunverici orqanın təmsilçiləri olaraq deputatlar 6 aya yaxındır ki, seçicilərini karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar. “Sadə vətəndaşı karantin şərtlərini qəbul etməyə, hərəkət məhdudiyyətlərinə uymağa, işsiz evdə oturmağa səsləyirik. Digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar? Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır. Bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır. İndi isə üzücü mənzərənin şahidi oluruq. Vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Şəhər və rayonlarda karantin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimə olunur. Eyniylə bu sərt addım qanunu pozan məmurlara daşamil olunmalıdır".
Parlament üzvü deyib ki, heç kəs dövlətə meydan oxuya bilməz:
"Əgər kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır və böyük səhv edir. Karantin qaydaları hərkəs üçündür! Kasıb, varlı, müəllim, deputat, həkim, iqtidar, müxalifət, taksi sürücüsü! Fərqi yoxdur! Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz! Bu gün karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətda inzibati qaydada həbs edilirsə bu hərkəs üçün ciddi dərs olmalıdır! Toy qadağası davam edir və bu hərkəs üçün belədir! Baş verənlər heç kəsə xüsusi imtiyaz verilmədiyini və verilməyəcəyini göstərir. Çox böyük zəhmət nəticəsində əldə edilmiş müsbət vəziyyətin daha da yaxşılaşdırılmasının ilkin şərti, kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməkdir. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dini mərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya