Türkiyə ordusunun Azərbaycana gəlişinin məntiqi nəticəsi: Müharibə!
Turan
12:07 02.09.2020
Aktual
1453
“Müharibədə onsuz da güclə ayaqda duran erməni dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”
“Sözdə çox şey deyə bilərlər, amma rus və başqa millət erməni üçün gəlib Qarabağda ölmək istəməz”
“Ankara ilə strateji-hərbi müttəfiqlik müqaviləsi imzalanmalıdır”
“Ermənistanın bütün rəsmilərinin verdikləri bəyanatlar Qarabağ probleminin uzadılmasına hesablanmış addımlardır”.
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Partiya rəsmisi bəyan edib ki, Qarabağ konfliktinin sülh yolu ilə həlli olmayıb, bundan sonra da olmayacaq:
“Əksini iddia etmək “erməni dəyirmanına su tökməkdir” və özümüzü aldatmaqdır. İllərin təcrübəsi bizə bunu başa saldı. Ermənistanla danışıq aparmaq üçün nə beynəlxalq, nə də regional müstəvi qalmayıb, əslində heç vaxt da olmayıb. Konflikti yaradan Rusiya münaqişə nə zamansa həllini tapsın deyə yaratmayıb. Rusiyanın bu problemin həllindəki “sülhpərvər” rolu tək bizi yox, erməni cəmiyyətini də konfliktin əsirinə çevirir. Azərbaycan hakimiyyəti və xalqımız artıq bu siyasi oyunların mahiyyətini başa düşür.
Son proseslər göstərir ki, regionda ciddi dəyişikliklər olacaq. Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi, hərbi baza qurması ciddi şəkildə müzakirə mövzusudur.
Qardaş Türkiyə dövləti buna hazır olduğunu bütün rəsmi şəxslərin simasında vurğulayıb. Ermənistan tərəfi isə ciddi şəkildə qorxuya düşüb. İrəvan anlayır ki, Azərbaycan-Türkiyə müttəfiqliyi, Ankaranın proseslərdə daha yaxından və qətiyyətli iştirakı Ermənistan üçün qorxulu nəticələrə səbəb olacaq”.
Analitikin sözlərinə görə, Türkiyə ordusunun Azərbaycana yerləşməsinin məntiqi nəticəsi müharibə ilə sonlanacaq:
“Müharibədə onsuz da güclə ayaqda duran erməni dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Çünki müharibə ölüm, dağıntı, maddi vəsait itkisi deməkdir ki, bunlara erməni dövləti və cəmiyyəti hazır deyil. Sözdə çox şey deyə bilərlər, amma rus və başqa millət erməni üçün gəlib Qarabağda ölmək istəməz.
Türkiyə Ordusunun Azərbaycanda yerləşməsini sürətləndirməliyik. Sözdən real işə keçməyin vaxtıdır. Ankara ilə strateji-hərbi müttəfiqlik müqaviləsi imzalanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı