"Türkiyə terrorla mübarizədə tək qalır" - Fəxrəddin Altun
Yusif Nəzərli
15:22 02.05.2023
Aktual
354
"Rusiya ilə Ukrayna arasındakı müharibə bir daha bizə regional və qlobal təhlükəsizliyin təmin edilməsinin nə qədər vacib olduğunu göstərdi. Rusiya-Ukrayna savaşı başladığı gündən bizi qlobal təhlükəsizliklə bağlı yenidən düşünməyə məcbur etdi".
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbul Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
F.Altunun sözlərinə görə, beynəlxalq təhlükəsizlik sistemini təhdid edən əsas məsələlərdən biri də toqquşmalardır.
O qeyd edib ki, terrorun hər növünə qarşı mübarizə aparılmalıdır: "Terror qruplaşmalarına fərq qoyulmamalıdır. Bu mənada biz terrorla mübarizə sahəsində nümunə ortaya qoymuşuq. Mübarizəmiz nəticəsində terrorçuları həm sərhədlərimiz daxilində, həm də sərhədlərimiz xaricində məhv etməkdəyik. Təəssüf ki, Türkiyə terrorla mübarizədə tək qoyulur. Bu azmış kimi, bizim müttəfiqlərimiz terrorçuları dəstəkləyir. Ancaq bizim terrora qarşı mübarizəmiz davam edəcək. Bilmək lazımdır ki, terrorçudan müttəfiq olmaz".
F.Altunun fikrincə, Türkiyənin müdafiə sənayesi sahəsindəki nailiyyətləri terrorla mübarizənin uğurla həyata keçməsinə şərait yaradır: "Biz beləliklə, regional təhlükəsizliyi də təmin edə bilirik. Türkiyə başa düşür ki, regional təhlükəsizlik həm də qlobal təhlükəsizliyin açarıdır. Məhz Türkiyənin vasitəçiliyi nəticəsində Ukrayna ilə Rusiya arasında "Taxıl sazişi" imzalandı. Ankara bundan sonra da vasitəçilik rolunu davam etdirəcək".
O bildirib ki, Türkiyə fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyətin ciddi dəstəyini hiss etdi: “Beynəlxalq ictimaiyyət təbii fəlakətlərlə mübarizə ilə bağlı əməkdaşlığı gücləndirməlidir”.
F.Altun söyləyib ki, həmçinin qlobal istiləşmənin qarşısını almaq üçün müvafiq tədbirlər görülür: “Bu gün pandemiya da dünya ölkələrinə ciddi təsir edir. Məsələn, koronavirus pandemiyası beynəlxalq risk mənbəyidir. Bütün dünya koronavirusun təsirləri ilə üz-üzə qaldı. Amma biz bu sınaqdan da üzüağ çıxdıq”.
PA rəsmisinin sözlərinə görə, Türkiyə pandemiya dövründə həm də dost və qardaş ölkələrə dəstək oldu: “Bununla yanaşı, biz vaksinimizi də istehsal etdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region