Türkiyənin Kayseri şəhərində beynəlxalq konfrans keçirilib - FOTOLAR

Türkiyənin Kayseri şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə "Şuşa və Kayseri- Qaradaşlaşmış şəhərlər” in ortaq mədəniyyətimizin təbliğində rolu adlı tədbirlərin təşkili" layihəsi çərçivəsində beynəlxalq konfrans təşkil edilmişdir. 


 
Sherg.az xəbər verir ki, tədbir zamanı Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri, müvafiq media təmsilçiləri və Erciyes Universitetinin müəllim və tələbə heyəti bir araya gəliblər. Layihənin əsas məqsədi Türkiyənin Kayseri şəhəri ilə Şuşa şəhərinin qardaşlaşmış şəhər elan olunduqdan sonra hər iki köklü mədəniyyət mərkəzlərinin bir-biri ilə əlaqələrinin yaradılması və Şuşa şəhərinin İç Anadolu coğrafiyasında tanıdılmasıdır. 




 
Tədbirdə Doç.Dr. Gökçe Yükselen Pelerin moderatorluğu ilə Erciyes Üniversitetinin tələbələri, müəllim heyəti, tarixçilər və ictimaiyyət nümayəndələri istirak etmişlər. "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin sədri və layihə rəhbəri Qafar Mehdiyev (Çaxmaqlı) layihə haqqında ümumi məlumat vermiş, Şuşa şəhərinin 2023-cü ildə TÜRKSOY-un qərarı ilə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi və Kayseri şəhəri ilə qardaşlaşmasından doğan xüsusiyyətlərin diqqət mərkəzinə gətirilməsi, Şuşa ilə Kayseri insanlarının ortaq özəlliklərinin və ümumən mədəniyyət tariximizin təbliği istiqamətində işlərin aparılmasından danışıb. 


Daha sonra  yazıçı və araşdırmaçı Sərdar Kozan “Qarabağın işğalı və azad olunması mövzusunda və Anadolu – Azərbaycan Dostluq, Təhsil və Mədəniyyət Dərnəyi başqanı İsmet Taymuş İki dövlət, bir millət anlayışının yeni körpüsü: Kayseri-Şuşa” mövzusunda çıxış etmişdir. Tədbirin sonunda Erciyes Universitetinin rəhbərliyi adından çıxışçılara təşəkkürnamələr təqdim edilib, çoxsaylı suallara cavab verilib və xatirə şəkli çəkdirilib.