Üç qardaşın ayaq səsləri eşidilir
Turan
05:18 08.09.2021
Aktual
776
Azərbaycan, Türkiyə, Pakistan arasında hərbi sahədə əməkdaşlıq güclənir
Hərbi təlimlər göstərir ki, istənilən təhdid və təhlükə ilə bağlı bu dövlətlərin hamısı vahid mövqe nümayiş etdirəcək, vahid cəbhədə dayanacaqlar
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək. Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə beynəlxalq təlimin keçiriləcəyi ərazi ilə tanış olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Rəhbərlik təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verib. Birgə təlimlər “Üç qardaş - 2021” adı ilə həyata keçiriləcək.
Azərbaycan, Türkiyə və Pakistan ordusunun xüsusi təyinatlılarının iştirakı ilə birgə təlimlərin mühüm əhəmiyyətə malik olduğunu deyən ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov vurğulayıb ki, bu təlimlər hər şeydən öncə hərbi baxımdan son dərəcə önəmlidir: “Bildiyiniz kimi, Azərbaycanla Türkiyə və Pakistan arasında hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur və hər iki dövlət 44 günlük Vətən müharibəsində ölkəmizə açıq dəstəklərini ifadə ediblər. Vətən müharibəsində Azərbaycana həm diplomatik, həm də mənəvi baxımdan ciddi dəstək verən Türkiyə və Pakistan dövlətlərinin bu dəstəyi xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad ediləcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Trükiyə və Pakistanın Vətən müharibəsi dönəmində Azərbaycana verdiyi mənəvi və diplomatik dəstəyə diqqət çəkib.
Buna görə hər iki dövlətə öz minnətdarlığını bildirib. Azərbaycan Türkiyə və Pakistanla ikitərəfli və üçtərəfli təlimlər fonunda bu ölkələrlə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Qardaş Türkiyə NATO dövləti kimi hərbi baxımdan dünyanın ən güclü dövlətlərindən biridir. Son illər raket texnologiyasını sürətlə inkişaf etdirən Pakistan da müasir dünyanın hərbi baxımdan qabaqcıl dövlətlərindən biri hesab edilir.
Hər iki dövlət mürəkkəb coğrafi relyefdə, xüsusilə də dağlıq və yüksək dağlıq ərazilərdə döyüşmək, anti-terror əməliyyatı aparmaq baxımından zəngin təcrübəyə malikdirlər. 44 günlük Vətən müharibəsində qısa zamanda Qarabağ və ətraf əraziləri düşməndən azad edən Azərbaycan ordusu bu sahədə böyük səriştə və peşəkarlığa malik olduğunu bütün dünyaya sübut etdi.
İndi hər üç qardaş dövlət birgə təlimlərə hazırlaşır. Bu təlimlər ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlaması, müasir hərbi yenilikləri sürətlə mənimsəməsi, özünü rəqabət mühitində inkişaf etdirməsi baxımından olduqca əhəmiyyətlidir”.
C.Xəlilov əlavə edib ki, keçirilən təlimlərin siyasi baxımdan da mühüm əhəmiyyəti var:
“Azərbaycan, Türkiyə və Pakistanla birlikdə keçiriləcək hərbi təlimlər hər şeydən öncə üç dövlətin qardaşlığından, bir-birinə olan sevgi və bağlılığından xəbər verir. Bu təlimlər göstərir ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da istənilən təhdid və təhlükə ilə bağlı bu dövlətlərin hamısı vahid mövqe nümayiş etdirəcək, vahid cəbhədə dayanacaqlar. 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək istəməyən, vaxtaşırı müxtəlif təxribatlarlar həyata keçirməklə bölgədə sülh və sabitliyi pozmağa çalışan Ermənistan rəhbərliyinin də birgə təlimlərdən lazımi nəticə çıxarması vacibdir. Ermənistan və ona havadarlıq edən qüvvələr anlamalıdır ki, qüdrətli Azərbaycana dəstək olan qüdrətli dost ölkələr, qardaş dövlətlər mövcuddur. Bu dövlətlər onlara yönəlik hər cür təhlükəni dəf etməyə qadirdilər. Odur ki, Ermənistan Azərbaycana qarşı təxribatlara son qoymalı, öz məğlubiyyəti ilə barışmalı və regionda vəziyyəti mürəkkəbləşdirən addımlar atmaqdan çəkinməlidir.
Əks təqdirdə, heç bir qüvvə Ermənistanı yeni və daha ağır məğlubiyyətdən xilas edə bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol