Ukrayna savaşının bitməsi ehtimalı azdır
Yusif Nəzərli
09:46 05.07.2022
Aktual
333
Rusiya hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb
“Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağını proqnozlaşdırmaq çətindir. Amma görünən odur ki, tərəflər buna cəhd göstərir”. Bu sözləri “Şərq”ə açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. O bildirib ki, Qərb dövlətləri müharibənin tezliklə sonlanmasında maraqlıdır: “Savaşın hər gün uzanması Qərb ölkələrinin Ukrayna üçün xərclədiyi pulların da artması deməkdir. Burada nüfuz savaşı gedir. Nə Rusiya, nə ABŞ öz istəyinə nail ola bilməyib. Amerikanın Ukraynadakı maraqları təmin olunmayıb.
Ukrayna Prezidenti V.Zelenski İndoneziya vasitəsi ilə Rusiya rəhbəri V.Putinə mesajını çatdırıb. Lakin Rusiya öz istəklərinə nail olanadək hərbi əməliyyatları dayandırmaq fikrində deyil. Reallıq odur ki, müharibə artıq Avropanı da çökdürməyə başlayıb. Xüsusən, Polşa çətin vəziyyətə düşüb, çünki 1,5 milyondan çox qaçqın qəbul edib. Vəziyyət mürəkkəbləşdikcə, Varşava hökuməti ukraynalılara göstərdiyi dəstəyi kəsdi, güzəştləri qaldırdı. Təhlükəni hiss edən Avropa dövlətləri daxilində də müharibə tərəfdarlarının sayı azalmaqdadır”.
C.Nuriyev vurğulayıb ki, Rusiyanın ucuz neftindən, qazından və gübrəsindən məhrum olan Avropada enerji resurslarının qiyməti kəskin bahalaşmaqdadır:
“O səbəbdən həm Ukraynada, həm də Qərb ölkələri arasında savaşın bitməsini arzulayanlar çoxdur. Kiyevin vəziyyəti kifayət qədər ağırdır. Ancaq müharibənin tez zamanda bitməsi ehtimalı azdır. Rusiya hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb. Putin rus hərb-sənayesinin güclənməsindən danışır. Təhlükəsizlik Şurasında Ukraynada aparılan hərbi əməliyyatların gələcəyi müzakirə olunur. Moskva daha uzunmüddətli müharibəyə hazırlaşır. Deməli, Rusiya müharibəni dayandıracaq qədər çöküş yaşamır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət