Ukraynanın müharibə müqaviməti zəifləyir-ŞƏRH
11:45 24.11.2023
Aktual
542
Qərbdən Rusiyanın qalibiyyətinə eyham vuran açıqlamalar, bəyanatlar, analitik məqalələr sürətlə çoxalıb
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Kiyevə səfər etdikdən sonra Polşanın şərqindəki hərbi bazada xidmət edən ölkəsinin əsgərlərinə müraciət edib. Ostin müraciətində bildirib ki, Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, o, Baltikyanı ölkələrə doğru hərəkət edəcək. Ostinin Polşadakı çıxışının analizi deməyə əsas verir ki, ABŞ Ukraynaya yardım məsələsində dilemmalarla üzləşib və Vaşinqtonun qiymətləndirmələrində tarazlıq itib. Qərb Ukraynanı daha nə qədər dəstəkləyə bilər?
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, son vaxtlar Qərbdən Rusiyanın qalibiyyətinə eyham vuran açıqlamalar, bəyanatlar, analitik məqalələr sürətlə çoxalıb. Ekspertin sözlərinə görə, fakt budur ki, Rusiya Ukraynanın geniş bir ərazi zolağında işğal xətti formalaşdırıb və istehkamları, müdafiə xətlərini böyük bir həvəslə bərkidir:
"Ukraynanın bu bərkiməyə qarşı müqaviməti zəifləyir. Çünki ölkənin canlı qüvvəsindən tutmuş, silah arsenalına qədər ordu üçün həyati əhəmiyyətli olan alətləri məhdudlaşır. Deməli, Ukraynanın Rusiya qüvvələrinin irimiqyaslı mexanikləşdirilmiş manevr müharibəsi aparmasının qarşısını almaq qabiliyyəti, ən başlıcası, Qərbin genişmiqyaslı davamlı yardım göstərməsindən tamamilə asılı olaraq qalır. Amma Ukraynanın əsas bir ehtiyacı da var ki, bu da canlı qüvvədir. Canlı qüvvə ilə təminatda Ukrayna daha böyük çətinliklə qarşı-qarşıyadır. Belə problem Ukrayna ordusunun komplektləşdirilməsinə böyük bir maneə yaradır. Bu azmış kimi, Qərb Kiyevə həlledici qələbə üçün inqilabi hesab oluna biləcək hərbi dəstəyi göstərməkdən yayınır. Buna NATO daxilindəki fikir ayrılıqları, ABŞ-də yaxınlaşan prezident seçkisi, Çinin Qərbə qarşı hegemoniyasını genişlətməsi birbaşa və dolayı yollarla təsir göstərir. Bu tendensiya Qərbin Ukrayna meydanında Rusiya ilə genişmiqyaslı müharibəyə olan həvəsini söndürür. Beləliklə, döyüş meydanındakı cari situasiya Rusiyanın xeyrinədir. Əgər Qərb Ukraynaya dəstəkdə nəzərəçarpacaq dərəcədə xəsislik göstərsə, Ukraynanın Rusiya qoşunlarına qarşı əks-hücum trayektoriyasındakı olan-qalan imkanları da tükənəcək".
A.Kərimovun fikrincə, belə tablo ilk növbədə Kremli sevindirir, çünki Ukrayna tükənsə, Rusiya qoşunlarının perspektivli genişmiqyaslı mexanikləşdirilmiş hücumları yeniləmək üçün imkanları açılacaq:
"Qərb, həqiqətən də, vəziyyətin bu həddə çatmasını istəmirsə, Ukraynaya yardımı genişləndirməsi ilə Ukrayna qüvvələrinə öz şərtlərilə döyüş meydanında manevri bərpa etmək imkanı verməlidir. Yox, bu baş verməsə, ruslar döyüş meydanında manevr qabiliyyətini genişləndirib cəbhə xətlərini, çox güman ki, statik olmaqdan çıxaracaqlar. Ostin sətiraltı olaraq perspektiv üçün belə situasiyanın yarana biləcəyini qeyd edir və Avropanın təhlükəsizlik konfiqurasiyasının dağılacağını bildirir. Ancaq vəziyyətin total şəkildə ABŞ-nin əleyhinə işlədiyini də demək olmaz. Yaxın Şərqdə strateji mövqeləri itirmək riski ilə üzləşən ABŞ üçün Avropa klassik bir məkan olaraq qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə