Xanım politoloq: Qadın platformasının təsisi yeni mərhələdir
09:28 22.11.2023
Aktual
504
Bütün platformalar Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılması üçün təkamül prosesidir.
Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilib. Tədbirin əsas məqsədi Qoşulmama Hərəkatına üzv olan ölkələrin vətəndaş cəmiyyəti institutları arasında qadın hüquqlarının inkişafı və səlahiyyətlərinin artırılması ilə bağlı təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi üçün platformanın yaradılmasıdır.
Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə deyilib ki, Qoşulmama Hərəkatının qadın platforması təsis olunacaq:
"Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir".
Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır: "Böyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.
Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaqdır.
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva isə “Sherg.az”a açıqlamasında son illər bütün dünyada qadın hərəkatının daha da gücləndiyini və bu sahəsinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlandığını qeyd edib.
O, ölkəmizdə tarixən qadın hüquqlarının hər zaman diqqətdə saxlanıldığını, cəmiyyətin qadın iştirakçılığı sahəsində böyük yol qət edildiyini söyləyib və bu gün də dövlət siyasətində bu sahə prioritet istiqamət olduğunu diqqətə çatdırıb.
Azərbaycan Gənc Demokratlar İnstitutunun Uqanda FORWO qadın təşkilatı ilə keçirdiyi beynəlxalq tədbiri xatırladan Y. Hacıyeva qeyd edib ki, 33 ölkədən 37 iştirakçının iştirakı ilə beynəlxalq konfrans keçirdik:
“Azərbaycandan həmin tədbirə 20-yə yaxın iştirakçı vardı. Geniş tədbirdə baş tutan tədbirdə Qoşulmama Hərəkatına üvz olan 33 ölkənin qadın haqları ilə məşğul olan QHT nümayəndələri qatılmışdı. Bu QH əsas tədbirinə paralel keçirilən iki yan yədbirdən biri tədbir idi. Bu konfransda iştirakçıların razılaşdırdığı QH Qadın platformasının təsisi Qoşulmama Hərəkatının təşkilatlanma prosesində yeni bir mərhələdir. Əvvəl Qoşulmama Hərəkatının xarici işlər nazirləri platforması formalaşdırıldı, sonra isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi formalaşdı. İndi isə Qoşulmama Hərəkatının qadın platforması təsis olunur. Bütün bu platformalar isə QH-nın beynəlxalq nüfuzunun artırılması üçün təkamül prosesidir.
Azərbaycan Prezidentinin də müraciətindəki bu təklif Qoşulmama Hərəkatına üzv ölkələrin qadın təşkilatları tərəfindən çox ciddi qəbul olunaraq dəstəkləndi. QH hazırkı sədri, Azərbaycan Prezidentinin təklifinə ilk qoşulanlardan biri də bizim keçirdiyimiz konfransın iştirakçılar oldu. Biz də QH çərçivəsində sivil cəmiyyət institutları arasında , xüsusi ilə qadın təşkilatları arasında güvənli tərəfdaşlıq əsaslı bir platformanın formalaşdırılmasına qərar verdik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə