Xəzərdə dalğanın hündürlüyü altı metrə çatdı
09:35 02.03.2020
Aktual
375
Martın ikisi saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şərq rayonlarında intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 30, Neftçalada 28, Çilov adasında 27, Sumqayıt, Balakəndə 25, Pirallahı, Neft Daşlarında 26, Tərtərdə 23, Naftalan, Zabratda 22, Ələt, Ağstafa, Tovuzda 20, Altıağac, Binədə 19, Xaçmaz, Salyan, Ağdərədə 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.
Düşən yağıntının miqdarı Lənkəranda 29, Astarada 28, Zərdab, İmişlidə 14, Beyləqanda 12, Yardımlı, Lerikdə 9, Kürdəmir, Neftçalada 8, Sabirabadda 7, Cəfərxanda 5, Bərdədə 4, Tərtər, Salyan, Biləsuvarda 3, Göyçayda 2, Mingəçevir, Kişçay (Şəki), Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıq, Qrız, Qusarda 1, Bakıda və Abşeron yarımadasında 2 mm olub.
Qar örtüyünün hündürlüyü Lerikdə 18, Qrızda 17, Sarıbaşda (Qax) 12, Yardımlıda 8, Xınalıqda 4, Daşkəsən və Göygöldə 1 sm-ə çatıb.
Havanın minimal temperaturu dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta olub.
Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək. Martın 3-ü gündüz hava şəraiti əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual