Xəzərin bu sahil torpaqları deqradasiyaya məruz qaldı
15:41 17.02.2020
Aktual
383
Təbii amillərlə yanaşı, bəzi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoyub. AMEA Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Elmi seminarının iclasında Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, dos. İsmayıl Quliyev "Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları" mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, təbii amillərlə yanaşı, əhalinin dağlıq bölgələrdən düzənliyə miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması və əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə terraslarda ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, ətraf torpaq sahələrinin mütəhərrik qum tufanlarından və eroziyadan mühafizəsi üçün mübarizə tədbirlərinin görülməməsi, torpaqların neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və s. kimi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoymuşdur.
Ərazidə tədqiqat aparan alim əsas deqradasiya tiplərini müəyyənləşdirmiş, cədvəllər, sxem və xəritələr əsasında ərazinin bitki örtüyü, su və külək eroziyası, əhalinin sıxlığı, bioiqlim rayonlaşma, texnogen deqradasiya və antropogen amillərə görə torpaq deqradasiyasının qiymətləndilməsi işini aparıb.
Məlum olub ki, 250,5 ha-nın (ümumi ərazinin 61,4 %-i) şiddətli və çox şiddətli, 129,6 ha-nın (ümumi ərazinin 31,3 %-i) mülayim, 20,911 ha-nın isə (ümumi ərazinin 4,8 %-i) zəif deqradasiya olmaqla, ümumiyyətlə, torpaq örtüyünün ümumi ərazisinin 97,5 %-i müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə