“Xəzəryanı ölkələrin strateji mövqeyi güclənməkdədir”
Yusif Nəzərli
13:54 30.06.2022
Aktual
527
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər.Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü olub.Daha sonra Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş keçirilib.Zirvə Toplantını açan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.
Dövlət başçısı çıxışında deyib:
Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Preziden Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquq bazasının gücləndirilməsindən təhlükəsizlik,
hidrometeorologiya, nəqliyyat, su bioloji ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsindən, fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasından danışıb. İlham Əliyev Xəzər dənizinin dibinin delimitasiyası ilə bağlı ikitərəfli və üçtərəfli formatda hüquqi qüvvəyə malik sazişlərin də bağlanmasının xüsusi vurğulayaraq bildirib ki,Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.
Görüşün iqtisadi əhəmiyyətindən danışan millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az"a bildirib ki,bölgədə Azərbaycanın geosiyasi mövqeyin möhkəmlənməsini müşahidə edirik:
"Azərbaycan Xəzəryanı dövlətlər arasında iqtisadi və fərdi münasibətlərin dərinləşməsində maraqlı olan ölkədir.Türkmənistan-Azərbaycan, Azərbaycan-Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində rəsmi Bakının atdığı addımlar həm də,Xəzər hövzəsində inkişaf platformasının gücləndirilməsinə xidmət edir.Türkmənistanla əldə edilən razılıq, Qazaxıstanla beynəlxalq yükdaşımalarda vahid tariflərin tədbiqi ilə bağlı razılaşma və digər anlaşmalar Xəzəryanı ölkələrin regiona sərmayənin cəlb etməsindən və bölgə üzərindən aparılan yüklərin həcminin artırılmasından xəbər verir. Birmənalı şəkildə Xəzəryanı ölkələr arasında münasibətlərin dərinləşməsi regionun inkişafına böyük töhfədir. Son görüş də,bu istiqamətdə atılan vacib amillərdən biridir.Azərbaycan prezidentinin toplantıda da, qeyd etdiyi kimi həm beynəlxalq yükdaşımalar,o cümlədən Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun əhəmiyyətini artırmaq məqsədi daşıyır. Eyni zamanda Vətən müharibəsindən sonra bölgədə formalaşan yeni düzən kontekstində artıq Xəzəryanı ölkələrin də strateji mövqeyi güclənməkdədir. Son görüş çox vacib platforma idi və əməkdaşlığın daha da güclənəcəyi mənasına gəlir."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz