Yuşenko Bakı Forumunda: “Bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır”
Yusif Nəzərli
12:54 18.06.2022
Aktual
423
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.
"Report" xəbər verir ki, Forum çərçivəsində “Gənclər danışsın, biz dinləyək” mövzusunda növbəti panel iclası keçirilib.
İclas 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olan Katerina Yuşenkonun moderatorluğu ilə baş tutub.
O deyib ki, hər gün səhər mobil telefonda tviter və digər sosial şəbəkələrə nəzər salaraq, gecə saatlarında dünyada nələr baş verdiyi barədə məlumat toplayır:
“Bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır. Biz ilk növbədə gəncləri dinləməliyik. Biz gənc liderlərin şəbəkəsini təsis etməyə çalışırıq. Panel çərçivəsində gənc liderlərimizin müzakirəsi olacaq”.
Təhlükəsizliklə bağlı müzakirənin moderatoru isə gənc liderlərdən Vahid Əliyev olub.
Müzakirələr zamanı beynəlxalq təsisatlarda islahatların aparılmasının vacibliyi qeyd olunub.
Ukraynalı gənc Taras Yuşenko təhlükəsizlik strukturlarında islahatları zəruri hesab edib və bu günlərdə Fransa Prezidenti Emmanuel Makronu Ukraynaya tankların və qırıcı təyyarələrin göndərilməməsi barədə fikirlərinə görə tənqid edib:
“BMT Təhlükəsizlik Şurasının üzvləri dəyişməli, Təhlükəsizlik Şurasının üzvlərinin sayı artırılmalıdır. Cənubi Amerika, Afrika və Asiyadan ölkələr Təhlükəsizlik Şurasında təmsil olunmalıdır”.
Gənc liderlərdən Neal Caldvel Ukraynada böhranın dünyada ərzaq təhlükəsizliyinə təsirindən danışıb.
Eva Bertrand Rusiyanın hücumu zamanı Ukraynada qadınların cinsi zorakılığa məruz qalması barədə faktlardan danışıb.
Panel iclas çıxışlarla davam etdirilib.
Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya