
Zəfər Bayramı ilə əlaqədar Əfv və Amnistiya olacaq?
Zəfər Bayramı ilə əlaqədar Əfv və Amnistiya olacaq?
Yusif Nəzərli
10:25 27.10.2023
Aktual
613
Əliməmməd Nuriyev: “Bu istiqamətdə hər hansı bir iş aparılmayıb və gözlənilmir”
Zəfər Gününün 3-cü ildönümünə az qalıb. 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatları zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, ordumuzun Xankəndidə tam nəzarəti ələ keçirməsi fonunda bayram ərəfəsi görüləcək işlər, keçiriləcək tədbirlər daha çox maraq doğurur.
Xüsusən də, 8 Noyabr Zəfər Günü ilə bağlı böyük Əfv sərəncamının imzalanıb-imzalanmayacağı da sual doğurur.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Qaynarinfo.az-a açıqlamasında 8 Noyabr - Zəfər Bayramı ilə əlaqədar böyük amnistiya gözlədiklərini deyib. O bildirib ki, bu məqsədlə iki işçi qrupu işləyir: "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi və Əfv fərmanının verilməsini gözləyirik. Biz bununla bağlı təkliflərimizi vermişik. Amnistiya ilə bağlı Milli Məclisə müraciət etmişik, əfvlə bağlı da xüsusi qruplar işləyir. İnanıram ki, təkliflərimiz nəzərə alınacaq”.
Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Zəfər Bayramı ilə əlaqədar nə Əfv, nə də Amnistiya olacaq:
“Əfv Azərbaycan Prezidentinin konstitusion hüququdur. Onun nə zaman verilməsi birbaşa ölkə başçısı tərəfindən müəyyən edilir.
Amma Əfv sərəncamlarının tarixinə nəzər yetirsək, ildə bir dəfə imzalandığını görərik. Müstəsna hallarda bir il ərzində iki dəfə Əfv sərəncamı imzalanıb.

Onlar da çox az məhkumlara şamil edilib. Ona görə, 8 Noyabr - Zəfər Bayramı ilə bağlı növbəti əfv olacağını düşünmürəm. Bu istiqamətdə hər hansı bir iş aparılmayıb və gözlənilmir. Bu ilin may ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Azərbaycanın tarixində ən böyük Əfv sərəncamı imzalanıb. Bu sərəncam da təxminən 800 nəfərdən artıq məhkumu əhatə edib. Prezident İlham Əliyev Əfv sərəncamı imzalamaqla əfv olunan şəxsləri, onların ailələrini, yaxınlarını, bir sözlə, yüzlərlə ailəni növbəti dəfə sevindirib.
Ona görə də belə qısa müddət ərzində yenidən Əfv sərəncamının imzalanmasını güman etmirəm. Əgər belə bir ehtimal olsaydı, Əfv Komissiyası toplaşar, iclaslar keçirilərdi. Amma hazırda Komissiyanın iclası keçirilmir”.
Ə.Nuriyev deyib ki, sonuncu Amnistiya Aktı da 2021-ci ilin noyabr ayında məhz Zəfər Bayramı ilə əlaqədar verilib.
“Zəfər Amnistiyası” adlandırığımız bu Aktın 16-17 min nəfərə şamil olunması nəzərdə tutulmuşdu. Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktlarının da xronologiyasına baxsaq, görərik ki, 5-7 ildən bir verilib. Ümumiyyətlə, ildə bir dəfə Əfv, 2 ildən bir Amnistiya aktlarının imzalanması cəzadan və cinayət məsuliyyətindən azad etmə institutlarının səmərəliliyini azalda bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya