Zərif Yəmən qiyamçılarının sözçüsü ilə görüşdü

İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif Omanın paytaxtı Maskatda Yəməndəki husi qiyamçılarının sözçüsü Məhəmməd Abdüssalamla görüşüb.

“Report” xəbər verir ki, görüşdə Yəməndəki vəziyyət müzakirə olunub.

Qeyd edək ki, cari ilin oktyabr ayında da M.Zərif Tehranda M.Abdüssalamla görüşmüşdü.