Zurabişvili: "İran-ABŞ savaşı bizim üçün fəlakətdir"

Tarixi qonşumuz İranın strateji tərəfdaşlarımız ABŞ və İsraillə istənilən gərginliyi bizim üçün fəlakətdir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili AŞPA-da çıxışı zamanı deyib.

O, stabilliyin Gürcüstanın inkişafı üçün əsas olduğunu bildirib:

“İrana gəlincə isə bu, çox çətin məsələdir. Əgər mən İran sanksiyaları üzrə BMT-nin ekspert qrupunun rəhbəri olsaydım, İran ətrafındakı situasiyanın həllini daha yaxşı başa düşməyə çalışardım. Gürcüstan kiçik ölkədir və biz İran problemini öz gücümüzlə həll edə bilmərik”.