14 gün keçdi... Lütfi Zadənin nəşi Bakıya gətirilməsə...
09:46 20.09.2017
Arxiv
561
ABŞ-da Kaliforniyada vəfat edən Lütfi Zadənin nəşinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi gözlənilir.
"Sherg.az "modern.az-a istinadən xəbər verir ki, artıq sentyabrın 6-dan etibarən bu fikir səsləndirilir. Bunun üçün müəyyən işlərin görüldüyü bildirilir. Amma 14 gün keçməsinə baxmayaraq, Lütfi Zadənin nəşi ilə bağlı, hələ ki, yeni məlumat yoxdur. Bu səbəbdən əksəriyyət düşünür ki, görkəmli azərbaycanlı alimin nəşinin Azərbaycana gətirilməmə ehtimalı çoxdur. Halbuki, Lütfi Zadənin Bakıda dəfn olunacağı yer də məlumdur. Hətta I Fəxri xiyabanda məzar da qazılıb.
Bəs Lütfi Zadənin nəşi gətirilməsə, görülən hazırlıqlar, məzar yeri necə olacaq?
Məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib ki, bu cür ehtimalın olması mümkün deyil:
"Lütfi Zadənin nəşini gətirsələr, dəfn edəcəyik, gətirməsələr nə olacağını bilmirəm. Bilirsiniz ki, hər şey hazırdır. Məzar yeri də var. Əgər alimin nəşi gətirilməsə, məzar yeri elə olduğu kimi qalacaq. Amma belə şeyin olma ehtimalı yoxdur. Lüfti Zadənin nəşi mütləq gətiriləcək. Bu barədə bizə məlumat verilib".
S.Həsənov, həmçinin qeyd edib ki, alimin nəşinin gətirilmə tarixi dəqiq məlum deyil:
"Lütfi Zadənin hansı gün dəfn edilməsi ilə bağlı bizə heç bir məlumat verilməyib. Əgər elə bir informasiyamız olsa, müəyyən tədbirlər görəcəyik. Lakin biz də hələ ki gözləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol