16 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
07:25 07.03.2019
Arxiv
616
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, martın 6-da bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16,2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, həmçinin 27 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən "Sherg.az"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həsənovdan çəkisi 10,9 kiloqram marixuana götürülüb.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Medvedyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Binə qəsəbəsindəki evdən isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə kolu və çəkisi 4,8 kiloqramdan artıq marixuana da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Cabbarovdan 490 qram marixuana götürülüb.
Hər üç faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri aparılır.
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm