"20 il əvvəl senzuranın ləğvi ümummilli liderin mətbuata verdiyi dəyərin təzahürü idi"
11:17 06.08.2018
Arxiv
1707
Avqustun 6-sı Azərbaycan tarixində söz və mətbuat üzərindən senzuranın götürülməsi günü kimi qeyd olunur. Bu mənada ki, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindəndir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində mətbuatın xüsusi rolu var. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusilə qiymətlidir. Həmin Fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısı modeli təqdim edilib. Ümummilli Lider Azərbaycana rəhbərlik dövrdə nəinki senzuranı ləğv etmiş, həm də azad mətbuatın qarantı olmuş, milli mətbuatımızın peşəkarlığının artırılmasına təkan verib. Senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisi götürülüb, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu tamamilə azaldılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda söz və mətbuat üzərindən senzuranın götürülməsindən
20 il ötür. Məhz ona görə, biz də "Sherg.az" olaraq sözügedən fərmanın Azərbaycan mediasına gətirdiyi tövfələri barədə tanınmış jurnalist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadənin fikirlərini öyrəndik. O, bildirdi ki, Azərbaycan mediası üzərindən senzuranın götürülməsi açıq sözə, azad fikrə əhəmiyyətli dərəcədə təsir göstərib:
"Ümummilli Lider Heydər Əliyev hər zaman jurnalistlərin qayğısına qalırdı, onlar üçün hər cür şəraitin yaradılmasına təminat verirdi. Xüsusilə, söz azadlığının yaradılması ilə bağlı onun ciddi yanaşması var idi. Bütün hadisələrə işıq salınmasını, məlumatların oxuculara olduğu kimi çatdırılmasını istəyirdi. Senzuranın ləğvi də ümummilli liderin mətbuata verdiyi yüksək dəyərin təzahürü idi. Artıq 20 ildir, bu addımın bəhrəsini görürük”.
Senzuranın bərpasının tərəfdarı olmadığını diqqətə çatdıran M.Süleymanzadə qeyd edib ki, geriyə yol yoxdur. Senzuranın bərpa olunması heç bir halda məqsədə uyğun deyil:
"Amma senzuranın ləğv olunması o demək deyil ki, mətbuatda özbaşınalıq olmalıdır, kim nə istəyir yazmalıdır. Hər bir jurnalistin, media mənsubunun məsuliyyət hissi olmalı, qayda-qanunu, ölkənin əleyhinə olan məqamları tərk etməli, daxili senzurası olmalıdır. Jurnalist müvafiq qurumlar qarşısında məsuliyyət daşıyır. Məsələn, mən sovet dövründə uzun illər "Kommunist” qəzetində fəaliyyət göstərmişəm. Bizim senzura ilə bağlı ciddi problemimiz yox idi. Çünki hər birimizin yanaşmamızda, məsələyə münasibətimizdə müvafiq senzura var idi. Yazdığımız, səsləndirdiyimiz fikrin məsuliyyətini daşıya bilirdik.
Azərbaycan xalqı müharibə şəraitində yaşayır. Belə məqamda mətbuatın atdığı addımlar, informasiya təminatını həyata keçirməsi mexanizmləri çox vacibdir. Hər bir peşəkar jurnalist, media orqanı başa düşür ki, ordu ilə bağlı, hərbi sirr olan məqamlara diqqət etmək lazımdır. Ona görə, qeyd etdiyim kimi, hər bir jurnalistin vətəndaşlıq mövqeyi olmalı, bunun əsasında fəaliyyəti əks olunmalıdır. Bəzən mətbuat özü də bilmədən düşmənə informasiyalar verib, mənfur qonşularımızın dəyirmanına su tökür. Belə məqamlara diqqət etmək mütləqdir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə