"2018-ci ildə münaqişənin həllinə dair böyük dəyişiklik olmayacaq çünki..."

"...Rusiya və Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ona görə, danışıqlar arxa plana keçəcək"


"2017-ci il Dağlıq Qarabağ münaqişəsi üçün itirilmiş il oldu".

"Sherg.az"xəbər verir ki, bunu Qərbi Kaspi Universitetində keçirilən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı ilin yekunlarına həsr edilmiş konfransında çıxışı zamanı politoloq Elxan Şahinoğlu deyib. 

O vurğulayıb ki, biz "yorucu müharibə" aparırıq:

"Ermənilər cəbhə xəttində bizə rahatlıq vermədiyi kimi biz də münaqişə həll edilməyənə qədər onların rahatlığını pozmalıyıq".

2018-ci ildən gözləntilərə gəlincə E.Şahinoğlu bu məsələdə böyük dəyişiklik gözləmədiyini söyləyib:

"Rusiya və Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ona görə, danışıqlar arxa plana keçəcək. Buna rəğmən danışıqlarda nəticə olmasa belə lokal döyüşlər, cəbhə xəttində qarşıdurmalar olması istisna deyil".

Aysel Aslan